Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Artıq WhatsApp-da kimin mesaj göndərdiyini onun səsindən biləcəksiniz...

Shagird.az - Artıq WhatsApp-da kimin mesaj göndərdiyini onun səsindən biləcəksiniz...- Maraqlıdır
WhatsApp iPhone üçün yeni beta versiyasını istifadəyə verib

Beta v2.12.5.16 versiyası bir çox yeniliklərlə diqqət çəkir

Yeniliklərdən biri budur ki, hər kəsə ayrı bildiriş səsi seçə bilərsiniz. Beləliklə də sizə kimdən mesaj gəldiyi elə bildiriş səsindən bəlli olacaq.

Hər kəslə yazışmanızda fərqli arxa fon seçmək də yeni özəlliklə mümkündür.

Digər bir yeniliksə budur ki, tək toxunuşla bütün mesajları oxunmuş kimi işarələmək olacaq.

Sürətli cavab funksiyası ilə Whatsapp-ı açmadan mesajlara cavab yaza bilərsiniz.

WhatsApp-da qruplarda yazışanlara «mute» - səssiz özəlliyi yaxşı bəllidir. Artıq şəxsi yazışmalarda da bu funksiyadan yararlanmaq olacaq.

Yeni versiyada həm də foto göndərərkən onu redaktə edə biləcəksiniz.

Yeniliklərin gələcəkdə digər platformalı cihazlarda da aktivləşəcəyi gözlənilir.(azadliq.org)

Mənbə: http://bizimyol.info

Dostlarınızla paylaşın!

Bu səhifə 1190 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__11842817 (Əlavə edilib: 12.07.2015 16:41:25)
Deqiqdi?

Öz şərhinizi yazın

Bağla
.....