Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Niye yaxınlarımızın telefonlarını yadda saxlaya bilmirik?

Shagird.az - Niye yaxınlarımızın telefonlarını yadda saxlaya bilmirik?- Maraqlıdır

“Kasperski laboratoriyası” şirkəti ABŞ və bir sıra Avropa ölkələrində sorğu keçirərək “rəqəmli amneziya” ilə bağlı maraqlı faktlar aşkar edib.
 
Bildirilir ki, insanlar telefon və smartfonlardan nə qədər çox istifadə edirsə, bir o qədər digər insanların, o cümlədən ev telefonlarının nömrələrini az xatırlayır.
 
Belə ki, rəyi soruşulanların  49 faizi öz həyat yoldaşının mobil telefon nömrəsini, 57 faiz iş nömrəsini xatırlamayıb, 87 faiz uşaqlarının təhsil aldığı məktəbin nömrəsini deməkdə çətinlik çəkib. Bundan başqa, 87 faiz uşaqlarının mobil nömrəsini bilmədiyini etiraf edib.
 
Şirkət mütəxəssisləri bunun səbəbini izah edərək qeyd edirlər ki, belə “huşsuzluq” insanların vacib informasiyanı xatırlamasını rəqəmli qurğulara tapşırması nəticəsində əmələ gəlir ki, bundan sonra onlar nömrələri yadda saxlamağa çalışmırlar. İnsanlar belə informasiyalardan birini bəzən xatırlasalar da, uzun müddət istifadə edilmədiyi halda onu unudurlar, çünki onlar bu informasiyanın telefonda saxlanılmasından arxayındırlar.
 
Bu fikirlər sorğunun daha bir rəqəmi ilə öz təsdiqini tapır: amerikalıların 91 faizi rəqəmli qurğuları yaddasaxlama üçün alət adlandırıb.  
 
Rəyi soruşulan amerikalıların 51 faizi və avropalıların 40 faizi etiraf edib ki, rəqəmli qurğuda saxlanılan informasiyanın itirilməsi onlarda ciddi narahatlığa səbəb olur. Qadınların 25 faizi və gənclərin 34 faizi qurğunun itirilməsinin onlarda təşvişə səbəb olmasını bildirib və buna səbəb kimi orada kontaktların, bildirişlərin və fotoşəkillərin saxlanılmasını göstərib, - "Telekomza yazır.  

Dostlarınızla paylaşın!

Bu səhifə 312 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....