Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Oruc tutmağın immum sisteminə nə aidiyyəti var?

Shagird.az - Oruc tutmağın immum sisteminə nə aidiyyəti var?- Maraqlıdır

Ürək-damar, xərçəng kimi xəstəliklərə qarşı müqavimət artır

Oruc tutmaq, həzm sistemini istrahət etdirdiyi üçün, bədəndə digər orqanların yaxşı işləməsini təmin edir, bundan əlavə qan dövranı yaxşılaşır. İftarda, imsaqda yediklərinizə diqqət edirsinizmi?

Yenilik.Az-ın məlumatına görə, araşdırmaçılar bildirirlər ki, bəslənmənizə diqqət etsəniz, oruc tutarkən immunitet sisteminizi gücləndirə bilərsiniz. Oruc tutarkən qaraciyər və bütün həzm sistemi istirahət imkanı əldə edir. Bədəndə digər orqanların qanlanması və iş səmərəsi artır. Şəkər xəstələrində qan şəkəri idarəsi, təzyiq xəstələrində qan təzyiqi kontrolu yüngülləşir. Qanda yağ səviyyələri düşür, faydalı xolesterol yüksəlir. Bədəndə qan istehsalı artır. Bədən yığılmış zərərli maddələrdən təmizlənir, immunitet sistemi güclənir. Ürək-damar, xərçəng kimi xəstəliklərə qarşı müqavimət artır.

Shagird.az - Oruc tutmağın immum sisteminə nə aidiyyəti var?- Maraqlıdır

Lakin orucun xeyri bəzi digər qaydalara da riayət olunarsa daha effektli olar. Məsələn,süfrədən doymadan qalxın. Oruc müddətində sağlam və balanslı bəslənmək çox əhəmiyyətlidir. Buna baxmayaraq məsələni şişirtmədən, gündəlik ehtiyac olan zülal, yağ, karbohidrat, vitamin və minerallar aldıqdan sonra israfa getməyin. İftar və imsaqda yavaş-yavaş və az miqdarda yeyin, yeməkləri yaxşı çeynəyin və süfrədən doymadan qalxın.

Shagird.az - Oruc tutmağın immum sisteminə nə aidiyyəti var?- Maraqlıdır

İftar və imsaq arasında 2 litr maye qəbul edin. Bu, su, ayran və hətta kompot da ola bilər. İmsaqda, mədədən gec boşalaraq uzun müddət tox tutacaq, zülal və lif zənginli qidalar alın. Süd, qatıq, kefir, pendir, yumurta, xurma, çörək otu, qoz, badam, fındıq, quru paxlalı, taxıl, çörəyı və düyüsü kimi…

Maddələr mübadiləsini yavaşladaraq kilo almağa da səbəb olan çox yağlı və xəmir yeməklərdən, ağır şirnilərdən, qızardılmış, ədviyyatı və duzlu bol qidalardan uzaq dayanmanızda fayda var.

Mənbə: http://yenilik.az

Dostlarınızla paylaşın!

Bu səhifə 598 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13912867 (Əlavə edilib: 17.12.2015 13:43:24)
evet canısı
Müəllif:Qonaq__11803674 (Əlavə edilib: 07.07.2015 16:01:33)
Allqh razı olsun cox beyendim.Qurbanova Esmira

Öz şərhinizi yazın

Bağla
.....