Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Neqativ şərhləri oxumaq niyə zərərlidir?

Shagird.az - Neqativ şərhləri oxumaq niyə zərərlidir? (No description)- Maraqlıdır

Alimlər qərəzli şərhləri oxumağı məsləhət görmürlər

ATV.az meddaily.ru-ya istinadən bildirir ki, Kenterberi Universitetinin həyata keçirdiyi araşdırmalardan sonra alimlər bu qənaətə gəliblər. Araşdırmalarda 18-50 yaş arası 137 nəfər iştirak edib. İştirakçılar araşdırmaçıların hansı sahəni öyrəndikləri barədə xəbərsiz olublar. Araşdırma zamanı alimlər universitetin sosial saytlarındakı səhifələrində şərqi Asiyadan olan tələbələrə təhsilə lazımi diqqət ayırmadıqları üçün, universitetin illik qrantının həmin tələbələrə verilməməsini təklif edib. Belə bir statusa gələn müsbət və mənfi şərhlər araşdırmada iştirak edənlərə oxutdurulub. Nəticədə bəlli olub ki, mənfi şərhləri oxuyan iştirakçılar daha aqressiv olub və şərqi asiyalı tələbələrdə dözümsüzlük düşüncəsi yaranıb. Müsbət şərhlərə fikir verən insanlar isə əksinə psixoloji olaraq daha stabil olublar və Asiyadan olan tələbələrə daha tolerant yanaşıblar.

Orxan Muxtarlı

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 482 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Albert_Einstein_1 (Əlavə edilib: 04.07.2015 11:14:51)
Sadəcə .ərhlər yox şəkillər belə insana mənfi enerji verə bilər

Öz şərhinizi yazın

Bağla
.....