Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Poladdan möhkəm metal varmı?

Poladın nə qədər bərk olduğu haqqında çox eşitmişik, lakin ondan bərk ərintilər də icad olunmaqdadır. Əksər dövlətlərdə iqtisadi və sənaye cəhətdən sərfəli ərintilər yaradılması üzrə təcrübələr aparılır.

Alimlər belə bir ərintini tam reallığa çevirdilər. Bu ərinti alüminium kimi yüngül və polad kimi bərkdir. Polad kimi yüklərə davamlı olması onu çox sərfəli edir. Belə bir nailiyyət Avstraliya, Rusiya və ABŞ universitetlərinin birgə fəaliyyətinin nəticəsi oldu.
Ərintinin əsası kimi təcrübə zamanı tərkibində maqnezium, sink və bir necə əlavələr olan 7075 markalı "aviakosmik" alüminiumdan istifadə olunub. Tərkibindən və emalından asılı olaraq, bu markadan olan alüminiumun axma həddi 145-476 meqapaskal ola bilir.
Təcrübələrdən sonra aydın oldu ki, yeni ərintinin axma həddi 1 qiqapaskala yaxındır.
Ərintinin atom-zond tomoqrafiyasını əldə edəndən sonra, tədqiqatçılar aydınlaşdırdılar ki, ərintidə ierarxiya strukturu yaranıb. Kristallik dənin ölçüsü 10 nanometrə qədər azalıb.
iyerarxiya strukturu yaranıb. Kristallik dənin ölçüsü 10 nanometrə qədər azalıb.

Atomların qarşılıqlı təsirinin xüsusiyyətləri isə hələ də öyrənilməlidir. İxtiraçıların fikrincə, az çəki və polad möhkəmliyi bu ərintini gülləkeçirməz jiletlər üçün lövhələrin, maşınların vacib detallarının və ya tibbi implantların istehsalında əvəzedilməz edəcək.
Gələcəkdə bu materialın harada istifadə edəcəyi bəlli deyil. Ümidvaram ki, yeni ixtira xeyirxah istiqamətdə öz istifadəsini tapacaq.

Tərcümə etdi: Admin

Mənbə: http://www.membrana.ru

Dostlarınızla paylaşın!

Bu səhifə 2232 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__22121486 (Əlavə edilib: 06.11.2016 19:32:23)
mene sink metali haqqinda melumat lazimdi amma tapa bilmirem
Müəllif:Qonaq__20764033 (Əlavə edilib: 25.09.2016 19:40:08)
metal erintileri haqqinda melumat
Müəllif:Qonaq__349984 (Əlavə edilib: 13.12.2013 18:28:46)
əla əla əladı ki onu mənə neçiyə verirsən?
Müəllif:Qonaq__399330 (Əlavə edilib: 28.10.2013 17:37:37)
bu saytda gündə bir şey öyrənirəm.əladir.
Müəllif:quzum (Əlavə edilib: 04.11.2011 14:05:17)
heqiqeten cox maraqli idi.her gun yeni bir sey oyrenirik

Öz şərhinizi yazın

Bağla
.....