Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Maşın sürərkən telefonla danışanlara qorxunc statistika

Shagird.az - Maşın sürərkən telefonla danışanlara qorxunc statistika (No description)- Maraqlıdır

Mobil texnologiyalar rabitə, ünsiyyət və informasiya ilə rahat iş olmaqla yanaşı, həm də kədərli yol nəqliyyat hadisəsi statistikasıdır. Məsələn, ABŞ-da yollarda baş verən qəzaların 27 faizi bu və ya digər halda mobil telefonlarla əlaqədardır.
 
Bu, ABŞ Milli Təhlükəsizlik Şurasının 2014-cü il üçün olan statistikasıdır. Tədqiqat “AT&T” mobil rabitə operatorunun sifarişi ilə aparılıb və rəqəmlər çoxları üçün gözlənilməz olub. Məsələn, sürücülərin 61 faizi sükan arxasında SMS yazdığını deyib.
 
Bundan əlavə, rəyi soruşulanların 22 faizi sükan arxasında hər dəqiqə sosial şəbəkələri yoxlamasını qeyd edərək bunu asılılıq kimi izah edib.
 
Bildirilir ki, sosial şəbəkələr insan həyatına adi narkomanlıq kimi son qoyan ciddi narkomaniya formasına çevrilib.
 
Rəyi soruşulan sürücülərin 33 faizi sükan arxasına elektron poçtdan, 28 faizi internet brauzerdən istifadə edir, 27 faizi “selfie” çəkir, 14 faizi "Instagram” şəbəkəsinə fotoşəkillər göndərir.
  
ABŞ-ın 46 ştatında sükan arxasında SMS yazmaq qanunla qadağandır, lakin yalnız 14 ştatda avtomobili idarə edərkən telefondan istifadə tam qadağan edilib. Analitiklərin fikrincə, mobil asılılığa qalib gəlmək artıq qeyri-mümkündür və qurğuların səbəb olduğu qəzaların qarşısını almaq üçün yeganə üsul sürücüsüz idarə olunan avtomobillərin tətbiqidir, - “Telekomza” yazır.

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 681 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__11148105 (Əlavə edilib: 04.06.2015 12:46:14)
beli ne deyirlerse duz deyirler
Müəllif:MAGNİFİCENT (Əlavə edilib: 03.06.2015 21:08:23)
Bu, selfieləriniz bizi bezdirib.Həyatın qədrini bilin.
Müəllif:Qonaq__11048544 (Əlavə edilib: 29.05.2015 15:20:56)
Mobil Telfonlar qezeya sebeb olursa o zaman o satlanda hamya qulaqcıq verilsin telfonun ustunde yada maşınların hamsında güclü mikrafonlu telfonlar buraxlsın

Öz şərhinizi yazın

Bağla
.....