Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

WhatsApp istifadəçilərinin ehtiyatlı olmasına ciddi səbəb

Shagird.az - WhatsApp istifadəçilərinin ehtiyatlı olmasına ciddi səbəb (No description)- Maraqlıdır

Fırıldaqçılar “WhatsApp” mobil tətbiq istifadəçilərinə proqramın masaüstü fərdi kompüter və ya noutbuk üçün versiyasını yükləməyi təklif edirlər. Əslində isə proqram versiyasına olan istinada keçid etdikdə virus yüklənir. Qeyd edək ki, kompüterin köməyi ilə “WhatsApp” messencerində ünsiyyət üçün əlavə heç nə yükləmək lazım deyil.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, kibercinayətkarlar internet bankların loqin və parollarını oğurlamaq üçün yeni üsul (“WhatsApp” proqramının sadəlövh istifadəçilərini aldatmaq) tapıblar.
 
"Məktubda, guya, “WhatsApp”ın rəsmi saytına yönəldən istinad var. Əslində istinadın üzərinə “maus”la sıxan istifadəçi “WhatsAppInstall.exe” icra olunan faylını yükləmiş olur. Bu ad altında “Win32/TrojanDownloader.VB.QRM” troyan virusu gizlənir" – ekspertlər bildiriblər.
 
Windows” əməliyyat sisteminə yükləndikdən sonra sözügedən troyan internet banklara giriş üçün qeydiyyat məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş başqa zərərli proqram sistemi yükləyir.
 
Eset” antivirus şirkətinin mütəxəssisləri təyin ediblər ki, bu zərərli proqram Braziliyada yaradılıb.
 
2015-ci ilin yanvarında “WhatsApp” öz messencerinin veb-versiyasını buraxıb. Ancaq istifadəçilər heç bir proqram yükləməli deyillər. Messencer istənilən başqa veb səhifə kimi birbaşa brauzerdə açılır.

Mənbə: http://news.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 633 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....