Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Telefon istifadəçilərinə şad xəbər

Shagird.az - Telefon istifadəçilərinə şad xəbər (No description)- Maraqlıdır

“Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır”

Milli Məclisin iclasında "Reklam haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən deputat Vahid Əhmədov bildirib ki, əvvəlki oxunuşdan verilən təkliflər İşçi Qrupunda müzakirə edilərək dəyərləndirilib. O qeyd edib ki, “Qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır”.

Sonda layihə səs verməyə çıxarılaraq qəbul edildi.

Qeyd edək ki, Azərbaycanda 11 milyon mobil abunəçi var ki, bunlardan 3,3 milyonu Bakcell-in; 5,1 milyonu Azercell-in; 2,5 milyonu isə Nar Mobile-ın payına düşür.

Mənbə: http://faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 550 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__8310220 (Əlavə edilib: 18.05.2015 19:02:52)
ok

Öz şərhinizi yazın

Bağla
.....