Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Telefon alarkən telefonun nə qədər zərərli və ya zərərsiz olmasını nəzərə alın

Shagird.az - Telefon alarkən telefonun nə qədər zərərli və ya zərərsiz olmasını nəzərə alın (No description)- Maraqlıdır

Dünya alimlərinin uzun illər mobil telefonların insanın sağlamlığına təsirini araşdırmasına baxmayaraq, onlar ümumi fikrə gələ bilməyiblər. 
Məlumdur ki, cihazlar elektromaqnit dalğaları buraxır və onlar nə qədər az olsa, bir o qədər yaxşıdır. "CNET" nəşrinin fransız bölməsinin müşahidəçiləri şüa cəhətdən ən təhlükəsiz smartfonları aşkar etməyə cəhd ediblər. "3dnews.ru" saytına istinadən bildirir ki, ekspertlər populyar smartfonlar üçün elektromaqnit enerji sərfiyyatını müəyyənləşdirən xüsusi udma əmsalını ("Specific Absorption Rate", "SAR") ölçüblər. 
 Dünyanın müxtəlif ölkələri üçün "SAR"-ın təhlükəsiz səviyyəsini müəyyən edən normalar mövcuddur. Məsələn, Avropada bu göstərici üçün son qiymət 2 Vatt/kq, Cənubi Koreyada 1,6 Vatt/kq təşkil edir. "CNET" nəşrinin hesablamasına görə, "Galaxy Mega" modelində elektromaqnit şüasının səviyyəsi azdır, sözügedən qurğunun xüsusi udma əmsalı 0,142 Vatt/kq təşkil edir. Qeyd edək ki, "iPhone 6" smartfonunda bu göstərici 0.972 Vatt/kq-dır. "Alma" şirkətinin smartfonu "Samsung Galaxy Note" (0,241 Vatt/kq) və "Galaxy S6 Edge" (0,334 Vatt/kq), "LG G3" (0,291 Vatt/kq), "BlackBerry Passport" (0,33 Vatt/kq) və "HTC Desire 620" (0,362 Vatt/kq) kimi modellərdən geri qalıb. Ən yüksək "SAR" səviyyəsi (1,46 Vatt/kq) "HTC One Mini 2" smartfonunda qeydə alınıb. Ən zərərli smartfonların reytinqində "Nokia Asha 503" (1,43 Vatt/kq) aparatı ikinci, "iPhone 5s" (0,979 Vatt/kq) aparatı üçüncü pillədə qərarlaşıb. /ICTnews/

Dostlarınızla paylaşın!

Bu səhifə 1667 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__7910154 (Əlavə edilib: 21.05.2015 15:34:54)
ən yaxşısı LG G3-dür.
Müəllif:ruqeyya001 (Əlavə edilib: 15.05.2015 20:08:15)
telefonum HTC-dir.
bu telefonun ziyani coxdurmu?
Müəllif:Qonaq__10748535 (Əlavə edilib: 14.05.2015 22:15:54)
menim telefonum ise expaly 12 duosdur onun zaryatka yeri sinib onu nece temir edim?
Müəllif:Qonaq__8183062 (Əlavə edilib: 09.05.2015 18:32:04)
maraqlidir
Müəllif: (Əlavə edilib: 29.04.2015 23:22:41)
əladır
Müəllif:Qonaq__10226882 (Əlavə edilib: 28.04.2015 22:51:29)
salam menim telefonum samsung s4-dur telefona bir az baxandan sonra gozlerim qamasir dumanli gorurem men ne ede bilerem
Müəllif:Qonaq__10375059 (Əlavə edilib: 28.04.2015 18:07:15)
Maraqli melumatlardir
Müəllif:Qonaq__10325340 (Əlavə edilib: 26.04.2015 23:40:50)
Super maraqlı
Müəllif:Qonaq__9292415 (Əlavə edilib: 26.04.2015 15:18:37)
mənim telefonum samsung galaxy S4 -dür alandan üç dəfə düzəltdirmişəm . indiki telefonlar yaxşı deyil
Müəllif:Albert_einstein_1 (Əlavə edilib: 26.04.2015 06:59:18)
Əslində alimlər deyirlər ki, telefonların insana heç bir ziyanı yoxdur. (Televizorda eşitmişəm)
Müəllif:Qonaq__10165665 (Əlavə edilib: 21.04.2015 16:53:33)
Bu saytda her şey etmek olar
Müəllif:Qonaq__10069779 (Əlavə edilib: 18.04.2015 16:30:21)
menim telefonum samsung galaxy megadir.men onu oynayandan sonra basim agriyir.nece eliyim
Müəllif:Qonaq__10030364 (Əlavə edilib: 16.04.2015 11:51:00)
salam.samsung galaxy A5(sm-A500)də udma əmsalı nə qədərdir.cvb verin
Müəllif:Qonaq__9896905 (Əlavə edilib: 14.04.2015 17:44:05)
bu melumatlar maraqlidir.

Öz şərhinizi yazın

Bağla
.....