Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Pilotsuz uçan aparat düşüncə ilə idarə ediləcək !?

 

Shagird.az - Pilotsuz uçan aparat düşüncə ilə idarə ediləcək !? (No description)- Maraqlıdır

Portuqaliyanın “Tekever” şirkəti düşüncə gücü ilə idarə olunan “Brainflight” (beyinin uçuşu) pilotsuz uçan aparat yaradıb. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, insanın başına beyin qabığından elektron siqnalları hesablayan onlarla sensorun bərkidildiyi şlem geyilir. Əldə olunan məlumatlar radiosiqnala çevrilərək bilavasitə uçuş aparatında olan qəbulediciyə daxil olur.  
Shagird.az - Pilotsuz uçan aparat düşüncə ilə idarə ediləcək !? (No description)- Maraqlıdır

 
İnnovativ uçuş aparatının yaradıcıları ümid edirlər ki, onların kəşfi gələcəkdə pilotsuz aviasiya ideyasını həyata keçirməyə kömək edəcək. “Texnologiyalar inkişaf edir və pilotsuz reaktiv təyyarələrin yaradılması yalnız vaxt məsələsidir”, - “Tekever” rəhbəri Rikardu Mendeş deyib.
 
Lakin skeptiklər öz növbəsində qeyd ediblər ki, buna hələ çox vaxt lazımdır. Britaniyalı müstəqil aviasiya məsləhətçisi Con Striklendin sözlərinə görə, bu işlə ciddi məşğul olacaq insanları tapmaq çətin olacaq. Bununla yanaşı, o əlavə edib ki, hazırda aviasiya sənayesi təhlükəsizliyin artırılması, materialların yaxşılaşması və daha qənaətcil mühərriklərin yaradılması istiqamətində inkişaf edir, - “TASS” yazır.

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 872 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__9896414 (Əlavə edilib: 11.04.2015 20:19:38)
bu oglan kimdi ki
Müəllif:avad_savadov (Əlavə edilib: 30.03.2015 21:29:24)
20 ildensonra insani da robot ederler
Müəllif:Qonaq__9336206 (Əlavə edilib: 29.03.2015 19:57:30)
Cemiyyetin inkisafi ucun texnologiya inkisaf etmelidir
Müəllif:ss_seva_ss (Əlavə edilib: 28.03.2015 17:10:29)
valla texnologiya o qeder inkiwaf edib ki,10 ilden sonra dunyada insandan cox robot olacaq.
Müəllif:Qonaq__6825625 (Əlavə edilib: 16.03.2015 13:42:23)
ogrular ucun eladi kimistese dukani yarabiler cunki tuta bilmirler
Müəllif:qonaq_57 (Əlavə edilib: 04.03.2015 17:16:16)
texnologiya heqiqeten inkisaf edir

Öz şərhinizi yazın

Bağla
.....