Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Azərbaycandan olunan sifariş ABŞ-da yollarda meydan oxuyacaq

Shagird.az - Azərbaycandan olunan sifariş ABŞ-da yollarda meydan oxuyacaq (No description)- Maraqlıdır

ABŞ-dan Bakıya futbol meydançasından böyük sahəni tutan və ağırlığı 1 milyon funt olan (təxminən yarım milyon ton) olan nəhəng generatorun yola salınmasına hazırlıq gedir.
Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, Ohayo ştatından, “Rolls-Royce şirkətinin Maunt-Vernon şəhərindəki zavodundan avtomobillərə yüklənən nəhəng generator bu gün yanvarın 8-də səhər saatlarında yola çıxacaq.
Ştat rəsmiləri bununla bağlı sürücüləri xəbərdar edib ki, nəhəng yükün yola çıxacağı saatlarda həmin marşrutla hərəkət etməsinlər.
Generator BP tərəfindən “Şahdəniz-2” layihəsi üçün alınıb. BP-nin Rolls-Royce zavoduna üç belə generator sifariş verdiyi bildirilir. 
Nəhəng yük sabah səhər yerli vaxtla saat 9-da Mount Vernonda maşınlara yüklənəcək. Ştat polisi xəbərdarlıq edib ki, nəhəng yük ştatlararası avtomobil şossesində bütün hərəkət zolaqlarını tutacaq. Bununla əlaqədar olaraq yolda hərəkət sürəti saatda 30 milə qədər endiriləcək.

Yükü patrul polisi müşaiyət edəcək. Nəhəng generator şose yolla iki gün hərəkət etdikdən sonra cümə axşamı Belleyr liman şəhərinə çatacaq və orada yük gəmisinə yüklənilərək Bakıya yola salınacaq.

Mənbə: http://atvxeber.az

Dostlarınızla paylaşın!

Bu səhifə 929 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Rashad_Abızada (Əlavə edilib: 10.02.2015 13:32:26)
Mende dedim ne olub ele bildim bizimkiler ABS neSe gönderir

Öz şərhinizi yazın

Bağla
.....