Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Yeni kompyuterlər sizin kefinizlə “işləyəcək”

Shagird.az - Yeni kompyuterlər sizin kefinizlə “işləyəcək” (No description)- Maraqlıdır

İnsanlar get-gedə kompyuterlərdən asılı olur. Amma ki, indiki yeni kompyuterlər istifadəçinin kefindən asılı olaraq işləyəcək. Necə?
Atvxeber.az verdiyi xəbərə görə, komputer istehsalçısı olan “Dell” şirkəti 2017-ci ildən etibarən yeni proqramlar istehsal etməyə başlayacaq.
Bu proqramların ən böyük üstünlüyü isə onların istifadəçinin psixoloji, ruhi vəziyyətini anlaması və buna uyğun davranması olacaq.
“Dell” tədqiqat qrupunun rəhbəri Jai Menon bu yeni proqram və başa taxılan cihazla beyin dalğalarını müəyyənləşdirib istifadəçinin şən, kefsiz, əsəbi yaxud sıxılmış olduğunu anlamağın mümkün olacağını söyləyib. Onun sözlərinə görə, əgər istifadəçi müəyyən bir mövzuya diqqətlə yanaşırsa, bu zaman proqram onun diqqətini yayındıra biləcək şeyləri əngəlləməyə başlayacaq. Məsələn, gələn zəngləri telesekretara yönləndirəcək və.s.
Əgər istifadəçi uzun müddətdir bir işin üzərində çalışırsa və yorulubsa, komputer ona fasilə verməyi tövsiyyə edəcək. Eyni zamanda oyun oynayan şəxs sıxılmağa başlayıbsa, proqram oyunun çətinlik səviyyəsini artırıb yenidən oyuna maraq oyadacaq.

Onun sözlərinə görə, yeni texnologiyadan həm evdə, həm də ofisdə istifadə etmək mümkün olacaq.

Mənbə: http://atvxeber.az

Dostlarınızla paylaşın!

Bu səhifə 636 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....