Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Azərbaycan xalq dastanları böyük həcmdə disklərdə buraxılıb

Shagird.az - Azərbaycan xalq dastanları böyük həcmdə disklərdə buraxılıb (No description)- Maraqlıdır

Dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu sənəti gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu tərəfindən silsilə musiqi albomları buraxılır. "Report" xəbər verir ki, bu yaxınlarda institutun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə işıq üzü görüb.
İlk albomda Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.
Tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Elçin Abbasov, Miraslan Bəkirli və Elşad Məmmədovdur.

Qeyd edək ki, Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.

Mənbə: http://atvxeber.az

Dostlarınızla paylaşın!

Bu səhifə 639 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__6629183 (Əlavə edilib: 06.01.2015 15:40:10)
Bu diskləri necə almaq olar?

Öz şərhinizi yazın

Bağla
.....