Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Microsoft İnternet exploreri "məhv edəcək"

Shagird.az - Microsoft İnternet exploreri "məhv edəcək" (No description)- Maraqlıdır

ABŞ-ın “Microsoft” korporasiyası əfsanəvi "Internet Explorer” brauzerini əvəzləməyə hazırlaşır. “Spartan” adlanan yeni layihənin yüksək işləmə sürəti ilə seçiləcəyi və "Firefox” və “Chrome” kimi digər populyar brauzerləri xatırlayacağı nəzərdə tutulur.

Məhsulun bazara “Microsoft”un "Windows 10” əməliyyat sisteminin yeni versiyası ilə eyni vaxtda çıxarılacağı gözlənilir. Qeyd olunur ki, söhbət “Internet Explorer” brauzerinin sayca 12-ci versiyasından getmir. 12-ci versiya bazara korporasiyanın digər iki məhsulu ilə birlikdə çıxarılacaq.

Spartan” iki modifikasiyada - mobil telefonlar və fərdi kompüterlər üçün nəzərdə tutulacaq. Proqramın adı hələ ki işləkdir. Bir müddət sonra onun dəyişiləcəyi istisna edilmir.  

Korporasiya yeni brauzerin təqdimatını yanvarın 21-də keçirməyi planlaşdırır. Lakin bu, brauzer üzərində işin sürətlə getməyəcəyi təqdirdə gec də baş tuta bilər, - "ICTnews" elektron xəbər xidməti “Vesti”-yə istinadən yazır. 

Mənbə: http://news.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 568 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....