Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Sensor ekranlı qurğular beynimizə pis təsir edir

Shagird.az - Sensor ekranlı qurğular beynimizə pis təsir edir (No description)- Maraqlıdır

İsveçrəli alimlərin araşdırmasına əsasən, həyatımızın bir hissəsinə çevrilmiş smartfonlar beynimizin forma və funksiyalarını dəyişdirib.

Ekspertlər aşkar ediblər ki, gündəlik sensor telefonlardan istifadə edən insanlarda somatosensor qabığın (əl barmaqlarının hərəkətinə nəzarət edən beyin mərkəzində sahə) ölçüsü böyük olur. Tədqiqata əsasən, insan smartfondan nə qədər çox istifadə edirsə, onun beyni ilə əli arasında asılılıq miqdarı bir o qədər çoxdur.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, mobil telefonun insan sağlamlığına təsirini araşdıran İsveçrənin Sürix Universitetinin nevroloqları bildiriblər ki, mobil telefona mübtəla olmaq beynin deformasiyasına səbəb olur.

Tədqiqatçılar qrupu 10 gün ərzində 37 könüllünü müşahidə edib, onların 27-si sensor ekran, digərləri isə fiziki düymələrdən ibarət ənənəvi telefonlardan istifadə edib.

Beyin dalğalarının təhlili müasir sensor ekranlı qurğu istifadəçilərində beynin somatosensor qabığında fizioloji dəyişikliklər qeydə alıb. Smartfondan daha çox istifadə edən şəxslərdə daha böyük effekt müşahidə olunub.
Alimlər bildiriblər ki, fiziki düymələrdən fərqli olaraq sensor ekrana toxunuş əl barmaqlarının daha mürəkkəb hərəkətləri ilə bağlıdır. Sensor ekrana sürətli toxunuş beyni daha aktiv işləməyə məcbur edir.

Oxşar dəyişikliklər musiqiçilərdə də müşahidə olunur. Məsələn, başqa peşələrlə müqayisədə skripkaçılarda, beynin əlin barmaqları ilə bağlı sahəsinin ölçüsü daha böyükdür.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, somatosensor sahənin formasının dəyişikliyi ağrı, spazma verə bilər.

Mənbə: http://news.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 680 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__5605012 (Əlavə edilib: 12.01.2015 20:50:07)
camaat sensir isdedir de duymeli telofon hec atam isdetmir oda sensr isdedir
Müəllif:Memayti (Əlavə edilib: 06.01.2015 11:55:54)
Maraqli faktdir
Müəllif:Aynurayka (Əlavə edilib: 03.01.2015 19:45:14)
maraqlı xəbərdi amma smartfonlar hamının gündəlik həyatını təşkil edir

Öz şərhinizi yazın

Bağla
.....