Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Dünya çox yeməkdən məhv olacaq (ölkələr siyahısı)

Shagird.az - Dünya çox yeməkdən məhv olacaq (ölkələr siyahısı)- Maraqlıdır

Son 30 ildə piylənmədən əziyyət çəkən insanların sayında kəskin artım müşahidə olunur. 1980-ci ildə onların sayı 857 milyon nəfər idisə, 2013-cü ildə artıq 2 milyarda yüksəlib. Bu, təxminən dünya əhalisinin üçdə biri qədərdir. 
AzərTAc “vestifinance.ru” saytına istinadla xəbər verir ki, təkcə 2010-cu ildə piylənmədən yaranan fəsadlar səbəbi ilə 4 milyona yaxın insan həyatını itirib. 
Shagird.az - Dünya çox yeməkdən məhv olacaq (ölkələr siyahısı)- Maraqlıdır

Son zamanlar dünya əhalisi oturaq həyat tərzi sürür, bundan əlavə “fast food”, şirin içkilər və yüksək kalorili digər yeməklər də artıq çəkinin yaranmasına səbəb olur. Buna görə də piylənmə bir çox ölkələrdə əhalinin sağlamlığına təhlükə yaradan əsl epidemiyaya çevrilib. 
Shagird.az - Dünya çox yeməkdən məhv olacaq (ölkələr siyahısı)- Maraqlıdır

Proqnozlara görə, müvafiq tədbirlər görülməsə, vaxt keçdikcə vəziyyət daha da pisləşəcək. “Global Burden of Disease” təşkilatının yeni tədqiqatı piylənmənin yüksək səviyyəsinin müşahidə edildiyi ilk 10 ölkəni müəyyənləşdirib. Kök insanların sayına görə mütləq liderlik
ABŞ-a məxsusdur: 78 milyon nəfər (yaşlı əhalinin 33 faizi). Sonrakı yerləri müvafiq ardıcıllıqla bu ölkələr tutur:
Çin - 46 milyon (4,4 faiz),
Hindistan - 30 milyon (3,8 faiz),
Rusiya - 28 milyon (24,1 faiz),
Braziliya - 22 milyon (16,2 faiz),
Meksika - 20 milyon (26,9 faiz),
Misir - 18 milyon (35,9 faiz),
Almaniya - 16 milyon (24,3 faiz),
Pakistan - 14 milyon (13,6 faiz)
və İndoneziya - 11 milyon (6,8 faiz) nəfər. 
Əgər bu tendensiya davam etsə, artıq 2030-cu ildə ABŞ-ın yaşlı əhalisinin tən yarısı köklükdən əziyyət çəkəcək. 
Tədqiqatın nəticələrinə görə, həmçinin müəyyən edilib ki, piylənmənin və onunla bağlı fəsadların müalicəsinə xərclənən vəsait ümumilikdə ildə 48 milyard dollardan 66 milyard dollara qədər arta, 2030-cu ildən sonra isə əmək qabiliyyətinin azalması ilə əlaqədar iqtisadiyyata dəyən zərər ildə 390-580 milyard dollar təşkil edə bilər.

Mənbə: http://news.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 943 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__6371061 (Əlavə edilib: 29.12.2014 14:36:05)
ooo allah elelerinden saxlasin amin

Öz şərhinizi yazın

Bağla
.....