Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Adamlar da uçmağa başladı

Shagird.az - Adamlar da uçmağa başladı (No description)- Maraqlıdır

Çinin paytaxtı Pekində küçədə hərəkət edən sakinlər maraqlı mənzərənin şahidi olub. Bir sərnişinin avtobusun içində əyləşmək əvəzinə, kənarda sanki havada uçaraq hərəkət etməsi hər kəsi heyrətləndirib.
ATVxəbər.az bildirir ki, gözlərinə inanmayan çinlilər nə baş verdiyini anlamaq üçün avtobusa yaxınlaşıb. Bir əlini avtobusun pəncərəsinə söykəyən, özü isə havada asılı qalan sakinin buna necə nail olduğunu anlamaq isə mümkün olmayıb. Hətta bəziləri avtobusa daha da yaxınlaşaraq bu şəxsin “gözəgörünməyən” nəyinsə üstündə dayanıb-dayanmadığını öyrənməyə çalışıb. Amma bütün cəhdlər uğursuz alınıb.  Şoka düşən piyadalar bu qəribə olayı telefonla lentə alaraq ölkə miqyasında maraqlı bir müzakirəyə start verib.
Onu da qeyd edək ki, oxşar vəziyyət təxminən 1 il əvvəl Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınmışdı.  Bir gəncin  eyni vəziyyətdə havada uçması uzun müddət tamaşaçıların xatirindən silinməmişdi. 

Mənbə: http://atvxeber.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1051 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__7098245 (Əlavə edilib: 19.01.2015 15:01:21)
ELA
Müəllif:Qonaq__6016281 (Əlavə edilib: 18.12.2014 18:30:05)
teze metoddur yeqin

Öz şərhinizi yazın

Bağla
.....