Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Çaydanlar da “Wi-Fi”-la işləyəcək

 

Shagird.az - Çaydanlar da “Wi-Fi”-la işləyəcək (No description)- Maraqlıdır

Polaris” şirkəti “PWK 1792CGL” adlı “Wi-Fi” çaydan buraxıb. “iOS” və “Android” platformaları ilə işləyən smartfon və ya planşetin köməyi ilə bu çaydanı uzaq məsafədən idarə etmək olar.

Bunun üçün xüsusi hazırlanmış "Polaris. Ağıllı çaydan" mobil tətbiqini yükləmək lazımdır.
 
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, mobil tətbiq 12 avtomatik multiproqramdan ibarətdir. Proqramlar müxtəlif çay və qəhvə növlərinin dəmlənməsi üçün qaynadılmış suyun temperaturunu tənzimləməyə imkan verir. Məsələn, çay həvəskarları "Hind çayı" və ya "Puer" rejimini işə sala biləcək. Proqramı quraşdırmaq kifayətdir, su qaynadıqda mobil tətbiq bu haqda bildirəcək. Bu halda eyni zamanda iki qurğudan çaydana qoşulmaq olar. Mobil tətbiqin malik olduğu bir sıra faydalı seçimlər çaydandan rahat və əlverişli istifadəyə imkan verəcək. "Saf su" funksiyası çaydandakı mayenin vaxtının keçdiyini və onu dəyişdirməyi xatırladacaq. Suyun miqdarının avtomatik təyini çaydanı doldurmaq haqda bildirəcək.
 
Belə çaydan 2014-cü ilin dekabrında satışa çıxarılacaq.
 
Emil Hüseynov

 

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 671 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:sados (Əlavə edilib: 22.12.2014 17:50:52)
deyirem ki birazdan insanlarin beynine de wi- fi yerlesdirecekler
Müəllif:oyan (Əlavə edilib: 21.12.2014 21:19:47)
Maraqlıdır
Müəllif:fatma59 (Əlavə edilib: 19.12.2014 04:28:54)
bir müddət işləmə qarantisi varsa nə xoş tənbəl qadınlara
Müəllif:Qonaq__3798573 (Əlavə edilib: 16.12.2014 19:05:37)
Biz de ele bir sistem uzerinde isleyirik de. Burda ne var ki. adi uzaqdan idaretmedirde
Müəllif:Qonaq__5952978 (Əlavə edilib: 16.12.2014 16:57:04)
cox gozel melumatdir

Öz şərhinizi yazın

Bağla
.....