Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bakteriya və viruslar haqqında bunu bilmək vacibdir

Shagird.az - Bakteriya və viruslar haqqında bunu bilmək vacibdir (No description)- Maraqlıdır

Gözlə görünməyən, lakin eyni zamanda  təhlükəli olan bakteriya və viruslara çox yerdə rast gəlmək olar. 
Təhlükəli ola biləcək virus və bakteriyaların daha çox harada yaşadığını və onlar barədə maraqlı faktları təqdim edirik.
 Virus qripləri əskinasın üzərində 17 günədək yaşaya bilir. 
Qapı ağzına sərilən xalçaların 96 faizinin üzərində evə ayaqqabı vasitəsilə daşınan nəcis bakteriyaları olur. 
Adi kompüter siçanı unitaz oturacağından 3 dəfə çirklidir. 
Bizim dərimizdə gün ərzində ən azı 10 milyon hüceyrə tələf olur. Ölü dəri hüceyrələri əlimizlə təmasa girdiyi əşyalara (çarpayı, pult, telefon, qapı, qida və sair) və insanlar ötürülür. İndi isə təsəvvürünüzə gətirin: siz bu əşyalardan birinə toxunub, sonra əlinizi ağzınıza aparsanız, demək, siz kiminsə ölü dərisini yemiş olacaqsınız. 
Soyuducunun qapısında olan sıxlaşdırıcı rezinindən  xəstələnmək şansınız 86 faizdir. 
Restoran menyusunu boşqabınızdan uzaq tutun: menyunun üzərində olan mikroblar 18 saat yaşaya bilir. Gün, həftə, ay ərzində neçə adamın menyuya toxunduğunu təsəvvürünüzə gətirin... 
İşdə oturduğunuz ofis stulunuzun 6 kvadrat santimetrində 20 min bakteriya var. Tualetlə müqayisədə (çünki tualet müntəzəm olaraq dezinfeksiya olunur) iş yerində 400 dəfə çox mikrob var. 
Virusların ötürülməsinə gəldikdə, öpüş əl verməkdən daha təhlükəsizdir. 
Mobil telefon, qulaqlıq və mikrofonda 1400 bakteriya olur. 
Asqırıq və öskürək nəticəsində viruslar 1 metr əraziyə kimi səpələnir. Viruslar 3 gün ərzində insana ötürülə bilər.(publika.az)

Mənbə: http://bizimyol.info

Dostlarınızla paylaşın!

Bu səhifə 1122 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15623639 (Əlavə edilib: 10.03.2016 23:22:46)
COX MARAQLI MƏLUMATLARDIR COX SAG OLUN BASQA MƏLUMATLARINDA OLMASINI İSTƏYİRƏM
Müəllif:Qonaq__16430259 (Əlavə edilib: 20.02.2016 12:34:06)
Ozunuzu qoruyun
Müəllif:Qonaq__16430259 (Əlavə edilib: 20.02.2016 12:33:03)
Yasimiz gelende olerik
Müəllif:Qonaq__9649668 (Əlavə edilib: 01.04.2015 23:38:38)
bu hesabla biz gündə neçə dəfə ölməliyik?

Öz şərhinizi yazın

Bağla
.....