Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

“Maus” öz istifadəçisini izləyəcək

Shagird.az - “Maus” öz istifadəçisini izləyəcək (No description)- Maraqlıdır

Cənubi Koreyanın “Samsung Electronicsşirkəti əlillər üçün kompüter istifadəçisinin gözlərinin hərəkətini izləyən öz yeni həllini – kompüter “maus”unu nümayiş etdirib.

EYECAN+” adlanan yeni qurğu gözlərin hərəkəti sayəsində mətnləri çap etməyə və bir sıra başqa funksiyaları yerinə yetirməyə imkan verir.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni həll eynək kimi taxılan qurğunun təkmilləşdirilmiş versiyasıdır.

Bu “maus”un köməyi ilə əlil istifadəçilər kursoru ekranda hərəkət etdirə, təsvirlərə baxa, pəncərələri aça və kompüter interfeysinin əlavələri üzrə keçid edə bilərlər.

Samsung” növbəti il xeyriyyə məqsədi naminə əlillərə 100-dək “EYECAN+” qurğusu hədiyyə etmək fikrindədir. Şirkət bu texnologiya istiqamətinin sonrakı inkişafı üçün vençur şirkətlərin yeni texnologiyalardan istifadəsinə imkan yaradacaq.

Kompüter “maus”unun yeni versiyası 45 dollara satılacaq.

Emil Hüseynov

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 619 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:munis (Əlavə edilib: 08.12.2014 14:55:33)
Eladir

Öz şərhinizi yazın

Bağla
.....