Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

“Motorola” şirkəti “ağıllı” brelok təqdim edib

Shagird.az - “Motorola” şirkəti “ağıllı” brelok təqdim edib (No description)- Maraqlıdır

“Motorola Mobility” (indi Çinin “Lenovo” şirkətinə məxsusdur) şirkəti qeyri-adi cihaz (Keylink) təqdim edib. Qurğu istifadəçiyə öz açarlarını və ya smartfonu tez tapmağa imkan verir. Bu qurğu fikri dağınıq istifadəçilərə vacib əşyaların olduğu yerə nəzarət etməkdə kömək etməlidir.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Keylink” qurğusu “iOS” və “Android” platforması ilə işləyən smartfonlarla uyğundur. Bu platformalarda işləyən xüsusi tətbiq yaradılıb. Brelokdakı düyməyə sıxdıqda tətbiqin köməyi ilə telefon səs siqnalı çalır. Əgər tətbiqdəki müvafiq düyməyə sıxsaq, brelokda səs siqnalı aktivləşir.
 
Qurğular “Bluetooth” modulu üzrə qoşulur və müvafiq olaraq axtarış uzaqlığı bir neçə metr təşkil edir. Belə sadə brelokun qiyməti 25 dollardır.
 
Emil Hüseynov

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 639 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Alvan2001R (Əlavə edilib: 30.11.2014 07:56:46)
yeni qurgulardan xosum gelir. amma mene ancaq televizorun pultunu ve qelem karandasimi tapmaqda komek edecek
sag olun
Müəllif:Qonaq__5194934 (Əlavə edilib: 25.11.2014 19:56:55)
bele seyler esas mene lazimdir

Öz şərhinizi yazın

Bağla
.....