Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Amerikada kinoteatra gedərsinizsə bu qadağanı unutmayın

Shagird.az - Amerikada kinoteatra gedərsinizsə bu qadağanı unutmayın (No description)- Maraqlıdır
 

“The Hollywood Reporter” nəşri yazır ki, ABŞ Kino Sənayesi Assosiasiyası (Motion Picture Association of America) və Milli kinoteatr sahibləri assosiasiyası (National Association of Theatre Owners) kino seansları zamanı “Google Glass” və başqa "ağıllı” eynəklərin istifadəsinə qadağa qoyublar.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, nəşr yazıb ki, qurğular söndürülməli və yığışdırılmalıdır. Əgər kinoteatrın heyəti video çəkilişi üçün eynəkdən istifadədən şübhələnsə, bu haqda hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirmək hüququna malikdir.
Bundan əvvəl yalnız ayrıca kinoteatrlar belə məhdudiyyətlər tətbiq ediblər.

Google Glass” smart eynəyi “Android” əməliyyat sistemi ilə işləyən qurğudur. "Ağıllı” eynəyin köməyi ilə fotoşəkil, video çəkmək və audio oxutmaq olar.

Emil Hüseynov

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 639 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....