Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Mobil telefon alarkən bunu nəzərə almalısınız

Shagird.az - Mobil telefon alarkən bunu nəzərə almalısınız (No description)- Maraqlıdır

Bu gündən ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatında dəyişiklik edilib
Gün.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı- 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı-0.20 manatdır.
Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı   http://www.e-gov.az və http://www.imei.az saytları vasitəsilə, eləcə də poçt şöbələri tərəfindən aparılır. Qeydiyyat proseduru tam avtomatlaşdırılmış və 2 (iki) iş günündən 24 saat müddətinə endirilib.

Mobil cihazın qeydiyyatda olub-olmadığını mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə, www.imei.az  saytı vasitəsi ilə və ya “1677” çağrı mərkəzinə zəng etməklə müəyyənləşdirmək mümkündür.

Nazirlik vətəndaşların nəzərinə çatdırır ki, mövcud qaydalara əsasən Azərbaycan Respublikası ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan  mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.

Günel Abbasova

Mənbə: http://gun.az

Dostlarınızla paylaşın!

Bu səhifə 873 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__4398457 (Əlavə edilib: 04.11.2014 20:16:23)
samsung galaxy 7262 korpusu neciye basa catar

Öz şərhinizi yazın

Bağla
.....