Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Dünyanın ən kiçik videokamerası hansı ölçüdədir?

Shagird.az - Dünyanın ən kiçik videokamerası hansı ölçüdədir? (No description)- Maraqlıdır

Almaniyanın Fraunhofer İnstitutunun alimləri olduqca kiçik ölçülü videokamera yaradıblar.
İСTNEWS.AZ'ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni işləmənin tibb, avtomobil sənayesi və digər sahələrdə tətbiq edilə biləcəyi gözlənilir. Kub formada hazırlanmış kameranın ölçülü cəmi 1 millimetrdir. Ölçülərinə görə onu duz dənəsi ilə müqayisə etmək olar və tərtibatçıların sözlərinə görə onların yaratdığı işləmə dünyanın ən kiçik videokamerasıdır. Yeni qurğuda təsvir 250×250 nöqtə və ya 0,063 meqapiksel ölçüdə ötürülür. Müqayisə üçün qeyd edək ki, bəzi mobil telefonların təchiz olunduğu videokameraların təsvir ölçüsü 16 milyon pikseldən artıq olur.
Almaniya alimlərinin işləmələrinin kiçik ölçülərdən başqa digər üstünlüyü onun qiymətinin az olmasıdır. Bu, tibb işçilərinə kameranı birdəfəlik istifadədən sonra tullamaq imkanı verəcək. Mini-kameraların gələn il kütləvi istehsalda tətbiq edilməsi gözlənilir.
Allah bizləri belə ixtiraların pis insanların pis niyyətlərdə istifadə etməsindən qorusun.

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 736 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__19089078 (Əlavə edilib: 18.07.2016 00:26:46)
texnologiya cox suretle inkisaf edir.
Müəllif:nilka02 (Əlavə edilib: 16.06.2015 09:48:37)
Aaaa halaldi onu duzeldene.♡
Müəllif:resad7a (Əlavə edilib: 22.10.2014 21:13:57)
vallah bu kicik sey gor nelere qadirdir
Müəllif:qonaq (Əlavə edilib: 21.10.2014 22:23:07)
maraqlidi ustelik qiymeti az
Müəllif:Qonaq__4258479 (Əlavə edilib: 21.10.2014 21:41:16)
Cox maraqlidir
Müəllif:Qonaq__3807271 (Əlavə edilib: 21.10.2014 15:58:35)
halaldir vallah allah razi olsun shagird.az dan

Öz şərhinizi yazın

Bağla
.....