Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

“Facebook”dan sürpriz-yenilik

“Facebook”dan sürpriz-yenilik

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan mobil "Facebook" istifadəçiləri üçün yeni məhdudiyyət yaranıb.
Gün.Az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bu sosial şəbəkənin istifadəçiləri daha sürətlə özəl xəbərləşmə aparmaq üçün "Facebook Messenger" servisini yükləməlidirlər.

“Facebook”dan sürpriz-yenilik

Ötən gün "Facebook"da mesajlaşan istifadəçilər yaranan problem aradan qaldırmaq üçün irəli gələn tələbə uyğun olaraq, qısa müddətdə "Facebook Messenger" proqramı 500 milyon dəfədən çox yüklənilib.
"Facebook" mənsubları isə bu qaydanın tətbiqini xəbərləşmənin və özəl ünsiyyətin sürəti ilə keyfiyyətinin daha da artırılması məqsədindən irəli gəldiyini bildiriblər.
Bununla belə, yeni qaydanın tətbiqi "Facebook" istifadəçilərinin əksəriyyətinin narazılığına səbəb olub və onlar mesajlaşmaq üçün başqa proqrama ehtiyac olmamasında təkid ediblər.
Bu tənqidlərə münasibət bildirən "Facebook" rəsmiləri isə "Facebook Messenger" proqramını sadələşdirərək, mobil telefonlara uyğunlaşdırdıqlarını deyiblər.
İstifadəsi heç də asan olmayan "Facebook Messenger" yükləməyən istifadəçilər isə özəl ismarışlara əvvəlki qaydada baxa bilməyəcəklər.

Mənbə: http://gun.az

Dostlarınızla paylaşın!

Bu səhifə dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__13306863 - 24.09.2015
Agilli təKlifdir
carer_very_utterly - 08.09.2014
Cox pis oldu
Qonaq__2400686 - 07.09.2014
cox yaxsi sagolun menede verin de
EMIL58585858 - 04.09.2014
əla

Öz şərhinizi yazın