Sizin hazırki nikiniz (ləğəbiniz)

Krımın birləşməsi şərəfinə 1 kiloluq qızıl pullar buraxılıcaq

Krımın birləşməsi şərəfinə 1 kiloluq qızıl pullar buraxılıcaq

Tarixdən məlumdur ki, çox dövlətlərin hökmdarları hakimiyyəti vaxtlarında öz şəkillərini əks etdirən sikkələr buraxırdı. Bundan başqa, hər hansı bir əlamətdar gün və ya hadisə baş verərsə onda da uyğun olan sikkələr işıq üzü görürdü.
Rusiyanın "Art-Qrani" şirkəti belə işlərdə çox təcrübəlidir. Beləliklə, BBC-nin verdiyi məlumata görə, Krımın birləşməsi şərəfinə Rusiyada Putinin təsviri olan qızıl və gümüş sikkələr buraxılacaq.
Rusiyanın Çelyabinsk vilayətində Krımın Rusiyaya birləşməsi şərəfinə xatirə sikkələri buraxılacaq.
Sikkələrin 1 kg çəkisi olacağı bildirilir.
Sikkənin üzərində prezident Vladimir Putinin portretinin relyefli cizgisi həkk olunacaq.
Dəmir pulun arxa üzündə isə Krım yarımadası xəritəsinin cizgisi təsvir ediləcək.
"Krım 2014" sikkə kolleksiyası 25 gümüş və qızıl puldan ibarət olacaq.
Bu kolleksiyanın yaradılması ideyası xatirə dəmir pulların buraxılmasında ixtisaslaşmış "Art-Qrani" şirkətinin direktoruna məxsusdur.
Şirkətin vebsaytında qeyd olunub ki, bu müəssisə artıq 15 ildir ki, əlamətdar hadisə, yubiley tarix və görkəmli xadimlər barədə xatirəni əbədiləşdirmək üçün xüsusi sikkələr kolleksiyası buraxmaqla məşğuldur.
Qədimdən qalan bu adət deyəsən daim yaşamaq üzrədir.

Mənbə: http://www.bbc.co.uk

Dostlarınızla paylaşın!

Bu səhifə 1259 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:avara584 (Əlavə edilib: 07.08.2014 16:30:53)
onda ozümüzle pehlevan gezdirekki
Müəllif:Qonaq__2259203 (Əlavə edilib: 12.05.2014 16:48:09)
3-4 dənə buraxarlar,o da muzeyə aparmaq üçün.
Müəllif:Lezgin1999 (Əlavə edilib: 08.05.2014 11:48:43)
chox ela fikirdi
Müəllif:osakuc (Əlavə edilib: 07.05.2014 10:44:19)
eladi ki...
Müəllif:Qonaq__2162978 (Əlavə edilib: 03.05.2014 14:43:03)
Yalandir
Müəllif:MeqaZeka (Əlavə edilib: 29.04.2014 16:19:54)
onda here evde cixanda cemi 1\"DENE\"
pul goturecek 1 kq??? haha
Müəllif:Qonaq__2101192 (Əlavə edilib: 28.04.2014 18:42:50)
bunlar bizim neyimize lazimdir axi///
Müəllif:Qonaq__1728561 (Əlavə edilib: 27.04.2014 15:46:28)
TAB KI.BU PUL ANTIKVAR OLACAKA XARCLAMAK UCUN DEYILKI
Müəllif:I_love_Fizika (Əlavə edilib: 24.04.2014 14:46:10)
Onuz da qadınların çantası ağır idi.İndi çantalar aşağısı 20-30 kq olacaq:DDDD
Müəllif:I_love_Fizika (Əlavə edilib: 24.04.2014 14:01:07)
Onu necə daşıyacaqlar??
Müəllif:Qonaq__2050482 (Əlavə edilib: 24.04.2014 09:51:24)
1 kilo hech de pis deyil

Öz şərhinizi yazın