Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Həftəsonu Bakıda Birləşmiş Krallıqda təhsil sərgisi keçiriləcək

Shagird.az - Həftəsonu Bakıda Birləşmiş Krallıqda təhsil sərgisi keçiriləcək (No description)- Maraqlıdır

British Council Azərbaycan 26-27 aprel 2014-cü il tarixlərində özünün növbəti Education UK – Birləşmiş Krallıqda Təhsil sərgisini keçirəcək. Bu dəfəki sərgidə Birləşmiş Krallıqdan 20 kollec, məktəb və dil kursu iştirak edəcək. Sərgi iştirakçıları orta məktəbdə təhsil, bakalavr və magistratura təhsili öncəsi Foundation kursları, peşə təhsili kvalifikasiyaları, qısa və uzun müddətli ingilis dili kursları, yay məktəbləri təklif edirlər ki, sərgidən də ən çox faydalanacaq şəxslər məktəblilər, onların valideynləri, eyni zamanda yaşından və peşəsindən asılı olmayaraq Birləşmiş Krallıqda ingilis dili və yay kurslarında iştirak etmək istəyən şəxslər olacaq. Sərgidə əsasən məktəblilər, həmçinin bütün ziyarətçilər arasında müxtəlif müsabiqələr keçiriləcək. Sərginin hər iki günü iştirakçı məktəb və kolleclər tərəfindən Birləşmiş Krallıqda kolleclərdə, məktəblərdə, ingilis dili kurslarında təhsil, yaşayış və təhsil ilə bağlı valideynlər və gələcək tələbələri maraqlandıran digər məsələlər ilə bağlı seminarlar və təqdimatlar keçiriləcək.

Shagird.az - Həftəsonu Bakıda Birləşmiş Krallıqda təhsil sərgisi keçiriləcək (No description)- Maraqlıdır

Növbəti linklərdən sərgi haqqında ətraflı məlumatı əldə edə bilərsiniz:

http://www.britishcouncil.az/events/education-uk-s%C9%99rgisi

http://www.educationuk.org/azerbaijan/articles/education-uk-event-azerbaijan-april-2014/

Sərginin yenilikləri, təqdimatların və seminarların proqramı və məktəblilər və bütün ziyarətçilər arasında keçiriləcək müsabiqələr ilə bağlı mütəmadi yeniliklərdən xəbərdar olmaqdan ötrü siz sərginin Facebook-da olan tədbir səhifəsinə qoşula bilərsiniz:

https://www.facebook.com/events/1458844731013074/?fref=ts

Sərgiyə öncədən qeydiyyatdan keçməklə gələrkən qısa zaman ərzində sərgi ərazisinə keçə biləcəksiniz. Qeydiyyat üçün növbəti linkə daxil ola bilərsiniz:

http://az.edukexhibitions.org/visitor_reg.php

Education UK sərgisi öncəsi, 21-25 aprel 2014-cü il tarixlərində, Radio Antenn 101 FM-də səhər saat 09:35-də Meqapolis şousunda Şanslı Adam müsabiqəsində iştirak etməklə Abbey College-in hədiyyəsi olaraq Birləşmiş Krallıqda 2 həftəlik ingilis dili kursuna hədiyyə qazana bilərsiniz. Həmçinin sərginin hər iki günü British Council Azərbaycan və SKOLA Group of Schools birgə tərcümə müsabiqəsi keçirəcək və 11-17 yaşında olacaq bir nəfər müsabiqə qalibi də Birləşmiş Krallıqda 2 həftəlik kursa vəsiqə qazanacaq. Bundan əlavə iştirakçı kollec və məktəblər tərəfindən həm pulsuz kurslar, həm də maraqlı hədiyyələr təqdim ediləcək. Sərginin sponsorları The Britain Azerbaijan Business Council və Azərbaycan Beynəlxalq Bankıdır. Sponsorlar tərəfindən də sərgi iştirakçılarına hədiyyələr təqdim ediləcək.

Sərginin rəsmi açılışı 26 aprel 2014-cü il tarixində saat 12:00-da olacaq. Sərginin özünün iş saatları isə 26-27 aprel tarixlərində saat 11.00-dan 17.00-a qədər olacaq.

Sərgi haqqında yenilikləri #edukaz hash-tag ilə izləyə bilərsiniz. Biz hər birinizi Education UK sərgisində gözləyəcəyik!

Mənbə: http://www.britishcouncil.az

Dostlarınızla paylaşın!

Bu səhifə 950 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__2091122 (Əlavə edilib: 25.04.2014 17:28:19)
əladı
Müəllif:selime (Əlavə edilib: 23.04.2014 22:11:22)
bu sergideistirak etmeyi cox isterdim.hemcinin onlarin teskil etdikleri dil kursunda da istirak etmak istardim
Müəllif:I_love_Fizika (Əlavə edilib: 23.04.2014 16:55:40)
Heç kim ora getməz
Müəllif:Qonaq__2050482 (Əlavə edilib: 23.04.2014 10:49:22)
Inshallah gelerik

Öz şərhinizi yazın

Bağla
.....