Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Simsiz enerji toplayan smartfon yaradılıb

Shagird.az - Simsiz enerji toplayan smartfon yaradılıb- Maraqlıdır

Finlandiyanın "Nokia" şirkəti "Windows Phone" 8 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Lumia 920" smartfon modelini təqdim edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, telefonu enerji ilə doldurmaq üçün ona simli enerji toplayıcısını qoşmaq vacib deyil, çünki aparatı xüsusi altlıq üzərinə qoyduqda enerji toplamağa başlayır.

Shagird.az - Simsiz enerji toplayan smartfon yaradılıb- Maraqlıdır

"Lumia 920" modelində "PureView" texnologiyasından istifadə olunub. Şirkət nümayəndələri bildirirlər ki, bu texnologiya sayəsində az işıqlandırma şəraitində qurğuda quraşdırılan işıqlandırma funksiyasından istifadə olunmadan şəkillər çəkmək mümkündür. Avtomatik tənzimləyici funksiya videoçəkiliş zamanı təsvirin titrəməsinin qarşısını alır. Smartfonda "City Lens" əlavə reallıq brauzeri quraşdırılıb. Əlavədə istifadəçi kameradan kadrda obyektlər haqqında məlumatın yer aldığı təsviri görür. Naviqasiya funksiyasını "Nokia Maps", "Nokia Drive" və "Nokia Transport" əlavələri tənzimləyir. "Nokia Maps" hətta internetə qoşulmadan xəritələrlə işləməyə imkan verir.

Shagird.az - Simsiz enerji toplayan smartfon yaradılıb- Maraqlıdır

"Nokia" nümayəndələri "Lumia 920"-nin fərqləndirici cəhəti kimi ekranda təsvirin yüksək dəqiqlikdə olmasını və sürətlə yenilənməsini göstərirlər. İstifadəçi çəkiliş aparan zaman mətn və digər məlumatlar pozulmur. Smartfonun ekranı hətta əlcəklə barmaq toxunuşuna reaksiya verir. "Lumia 920" 1,5 giqahers takt tezlikli ikinüvəli "Snapdragon S4" prosessorunun bazasında işləyir. Quraşdırılmış kamera üçün optika şüşə "Carl Zeiss" şirkəti tərəfindən hazırlanıb. Aparat ekranının diaqonalı 4,5 düym, fotokameranın təsvir ölçüsü 8,7 meqapiksel təşkil edir.
"Nokia" sirkəti "Lumia 920" modeli ilə eyni vaxtda daha ucuz (qurğuların qiyməti hələ ki açıqlanmayıb) "Lumia 820" aparatını da nümayiş etdirib. Bu modeldə "PureView" texnologiyasından istifadə edilməsə də, əvvəlki qurğu kimi enerjini simsiz toplaya bilir və eyni proqram təminatı ilə təchiz edilir.

Mənbə: http://lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 3511 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:perish_Lee (Əlavə edilib: 08.02.2014 18:40:06)
Cox maraqlidir
Müəllif:Qonaq__423991 (Əlavə edilib: 21.12.2013 15:52:05)
DOGRUDUR MENDEDE VAR
Müəllif:Qonaq__227431 (Əlavə edilib: 28.11.2013 11:50:07)
Men buna baxmayaraq HTC one- daha ustun tuturam
Müəllif:redkit (Əlavə edilib: 09.11.2013 22:05:08)
nokia umumiyyetle instagram və digər proqramları acmır.samsung yaxşıdı.
Müəllif:Qonaq__364829 (Əlavə edilib: 20.10.2013 11:55:43)
bu cox maraqli ixtiradir
Müəllif:H_Yaqut (Əlavə edilib: 01.10.2013 15:04:40)
mende istirem )
Müəllif: (Əlavə edilib: 12.09.2013 22:45:52)
Çox maraqlıdır amma görəsən satışa çıxıb?
Müəllif:emka817 (Əlavə edilib: 10.09.2013 20:00:55)
men telefona enerji catdira bilmirem cunki 24 saat isleyir............bu ixtirani beyendim..........
Müəllif:kaamiilee (Əlavə edilib: 09.07.2013 14:22:59)
nice
Müəllif:qonaq_897665 (Əlavə edilib: 03.11.2012 10:02:47)
TEXNOLOGIYANIN INKISAF ETMESI YAXSI HALDIR
Müəllif:manana (Əlavə edilib: 02.11.2012 09:03:42)
cok guzel telefondu
Müəllif:Qonaq__199077 (Əlavə edilib: 23.10.2012 13:36:28)
beyendim
Müəllif:clever_girl12 (Əlavə edilib: 21.10.2012 15:15:08)
yaxwididi da alacam ozume lumia 920 i phone 5-i lmiwam ama yene de almaq isyirem
Müəllif:Qonaq__110527 (Əlavə edilib: 30.09.2012 16:45:59)
ah kas menimde olardiiiiiiiiiiiiiiiiiii
Müəllif:Qonaq__21474 (Əlavə edilib: 29.09.2012 16:18:51)
maraqlidir
Müəllif:Qonaq__5799 (Əlavə edilib: 23.09.2012 21:34:21)
thanks

Öz şərhinizi yazın

Bağla
.....