Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Xərçəng xəstəliyini ən asan təyin etmə üsulu tapılıb

Схема нового сенсора. Пояснения в тексте (иллюстрация G Peng et al.).
Yol nəqliyyatında sürücünün sərxoş olmasını təyin etmək üçün ondan xüsusi bir cihaza üfürməyi xahiş edirlər. Bununla onlar onun nə dərəcədə sərxoş olmasını təyin edirlər.
Nanotexnologiyanın inkişafı isə öz bəhrələrini verməkdədir. İsrailin Technion universitetinin mütəxəssisləri xərçəng xəstəliyini təyin etmək üçün yeni texnologiya icad ediblər. Bu üsulun köməyi ilə insanda olan ağ ciyər, döş, bağırsaq, prostat xərçəngini təyin etmək olar. Bunun üçün mütəxəssislər sadəcə insanın nəfəsindən istifadə edirlər. Bu cihazın köməyi ilə xərçəngin törəmələrini, rentgen şüalarının köməyi ilə müəyyən etmək səviyyəsinə çatmamışdan xeyli qabaq təyin etmək olar.
Bu aparatı israillilər hələ keçən il təqdim etmişdilər. Bu cihazın özəyini siqnal ötürücüsü təşkil edir, siqnal ötürücüsünün üzərində saysız-hesabsız qızıl nanohissəciklər iki elektrod arasında labirintlər yaradırlar. Həmin bu nanohissəciklərin üzvi molekullardan ibarət olan və müəyyən maddələri tuta bilən örtükləri var.
Həmin bu maddələr informasiya göndərən sensorun molekullarının üzərinə düşərkən onların müqavimətini dəyişir. Bu dəyişikliyi nəzərə alaraq, alimlər həmin nümunədə olan uçucu üzvi maddələrin konsentrasiyasını təyin edirlər. Xəstə insanda bu maddələrin konsentrasiyası sağlam insandan fərqli olaraq dəfələrlə çoxdur.
Yüzlərlə insan bu təcrübədə iştirak edib. Bu üsulun köməyi ilə alimlər nəinki insanın xəstə olduğunu, hətta onun xərçəngin hansı növü ilə xəstələndiyini təyin edirlər.
Alimlər bu cihazın kütləvi istehsalının 4-5 ildən sonra başlanacağını fikirləşirlər.
Ümidvarıq ki, bu cihazın köməyi ilə milyonlarla insan bu bəladan xilas olacaq.

Tərcümə etdi: Admin

Mənbə: http://www.membrana.ru

Dostlarınızla paylaşın!

Bu səhifə 2429 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__4427891 (Əlavə edilib: 11.11.2014 15:05:58)
Ancaq, yazıqlar olsun ki,xəstəliyin əlacını tapa bilmirlər
Müəllif:Doktor_Ali (Əlavə edilib: 16.02.2014 10:25:33)
əla icatdır Allahın köməkliyi ilə insanları bu bəladan xilas edər
Müəllif:Qonaq__389412 (Əlavə edilib: 22.10.2013 19:46:25)
Vallah bu alimlerde 1 2 ile ucan gemide duzeldeceklere
Müəllif:king_of_haciqabul (Əlavə edilib: 18.09.2012 21:07:30)
eladir. sozum yoxdu.cox asan prosedurdu. menim de tibb islerinden bir az basim cixir.

Öz şərhinizi yazın

Bağla
.....