Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

“Gələcəyin eynəyi” hansıdır?

"Google"-un həmtəsisçisi Sergey Brin əvvəllər yalnız videolentlərdə göstərilən "Smart Glass" interaktiv eynəklərini əyani şəkildə nümayiş etdirib.

Shagird.az - “Gələcəyin eynəyi” hansıdır? (No description)- Maraqlıdır

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qurğu informasiyanı birbaşa eynəyin şüşə linzasında göstərən quraşdırılmış mini-kompüterdir.

Shagird.az - “Gələcəyin eynəyi” hansıdır? (No description)- Maraqlıdır

Sergey Brinin nümayiş etdirdiyi eynək sağ göz üstündə yerləşən kiçikölçülü ekrana, mərkəzi prosessora, simsiz ötürücü, yaddaş və kameraya malikdir və çərçivəsində yerləşdirilən kiçik düymələr vasitəsilə idarə olunur. ABŞ-da dəyəri 1500 dollar təşkil edəcək eynəklərin ilk buraxılışlarını 2013-cü ilin əvvəlində sifariş etmək mümkün olacaq. Kütləvi satışlardan əvvəl eynəkləri yalnız ABŞ-da yaşayan indiki "Google I/O" konfransının iştirakçıları sifariş edə bilərlər.
"Google"-un həmtəsisçisi eynəklərin sınaq prototiplərinin kifayət qədər bahalı olmasını etiraf edərək bildirib ki, qiymətin belə yüksək olması yeni texnologiya ilə əlaqədardır. "Biz hesab edirik ki, eynəklərin istifadə dairəsi biznes, sənaye və ya tibbi sahədə tətbiqi ilə məhdudlaşdırılıb, buna görə eynəklərin tezliklə satışa çıxarılacağını gözləməyə dəyməz".

Mənbə: http://lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1745 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Kerimova_Zerife (Əlavə edilib: 21.04.2014 22:03:52)
tsk
Müəllif:kanatsız_mələk (Əlavə edilib: 12.04.2014 12:43:25)
çox maraqlı məlumatdır.Təşəkürlər.
Müəllif:Qonaq__262011 (Əlavə edilib: 03.12.2013 09:05:28)
isterdim ki menimde bele eyneyim olsun.
Müəllif:rambo1 (Əlavə edilib: 12.11.2012 11:08:11)
cox gozal
Müəllif:Qonaq_922 (Əlavə edilib: 04.11.2012 17:31:33)
Əla vasitədir.Bu başqa ölkələrdə olmayacaq?
Müəllif:qonaq_897665 (Əlavə edilib: 03.11.2012 09:59:37)
GELECEYIN EYNEYI GORESEN HACAN UCUZ OLAR?
Müəllif:Qonaq__106724 (Əlavə edilib: 27.10.2012 19:19:10)
cox gozel melumat idi xosuma getdi bu sayta girmeyi hamiya tovsiye edirem
Müəllif:cuku (Əlavə edilib: 26.09.2012 21:55:37)
deyirler dekabrda dünya dağılacaq.Qoy dekabr ayı ötsün ondan sonra 2013-cü ili düşünersiz.
hemdə ki kimdi bir eyneye 1500 dollar veren?

Öz şərhinizi yazın

Bağla
.....