Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Ağsuda xəzinə tapılıb

Shagird.az - Ağsuda xəzinə tapılıb (No description)- Maraqlıdır

Ağsuda dəfinə tapılıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 22-də saat 08:30 radələrində şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri davam etdirərkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxıb.

Shagird.az - Ağsuda xəzinə tapılıb (No description)- Maraqlıdır

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə 2010-cu ilin mart ayından başlayaraq Orta əsr Ağsu şəhər yerində tədqiqat aparır. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya bu günədək 15000 kv.m.-ə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb.
Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülüb. Sikkələrin ümumi sayı 37 (otuz yeddi) ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, otuz bir ədədi isə 1800-cü ildə zərb olunmuşdur. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir.
Məlumat üçün bildirək ki, dəfinəyə daxil olan sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qr., forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunub.
Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə vardır. Üzərində qısa olaraq "MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP." yazılmışdır. Yazının latın dilində açılışı belədir: "MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii". Yazı belə tərcümə olunur: "İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökümətinin sikkəsidir".
Sikkələrin reversində mərkəzdə zirehli cəngavər təsvir olunub. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi var. Cəngavərin sağ tərəfində dördrəqəmli miladi tarixin ilk iki rəqəmi, sol tərəfində isə son iki rəqəmi zərb olunmuşdur. Üzərində qısa olaraq latın dilində "CONCORDIA.RES.PAR.CRES.HOL." yazılmışdır. Yazının latın dilində tam açılışı belədir: "CONCORDIA RES PARvae CREScunt HOLlandiae". Yazı hərfi mənada belə tərcümə olunur: "Uzlaşmış kiçik əşyaların çoxalması ilə - Hollandiya". Yəni, "Güc birlikdədir".

Shagird.az - Ağsuda xəzinə tapılıb (No description)- Maraqlıdır

Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dönəmdə Holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi.
Ekspedisiya rəhbərliyi iki gün ərzində ilkin zəruri tədqiqat işlərini başa çatdıraraq, 25 iyun 2012-ci il tarixdə dəfinəni Arxeolgiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının dediyinə görə, Ağsu dəfinəsi tariximiz üçün sensasiya əhəmiyyətli bir tapıntıdır. Təbiidir ki, bu tip tapıntılar orta əsrlər dövründə Azərbaycan şəhərlərinin Avropa və dünya ticarətində iştirakı ilə bağlı bir çox məsələləri elmi cəhətdən daha müfəssəl öyrənməyə imkan yaradacaq.
Ağsu Arxeoloji Ekspedisiyası dəfinə ilə bağlı tədqiqatları davam etdirir.

Shagird.az - Ağsuda xəzinə tapılıb (No description)- Maraqlıdır
Shagird.az - Ağsuda xəzinə tapılıb (No description)- Maraqlıdır

Mənbə: http://www.anspress.com

Dostlarınızla paylaşın!

Bu səhifə 2188 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:ononim_oglan14 (Əlavə edilib: 23.10.2013 21:43:24)
menimdi ozum olum menimdi!
Müəllif: (Əlavə edilib: 16.10.2013 13:46:08)
hardan verirler
Müəllif:ayaks (Əlavə edilib: 16.09.2013 20:15:26)
menede verin de ne olar
Müəllif:enishteyn (Əlavə edilib: 24.08.2013 18:21:18)
buda azerbayan tarixi
Müəllif:space_girl (Əlavə edilib: 19.12.2012 15:43:59)
cox maraqlidi gerek ioralara yolum duwsun
Müəllif:qonaq_897665 (Əlavə edilib: 03.11.2012 09:56:33)
XEZINE BAREDE ARXEOLOJI QAZINTILAR NETICESINDE TAPILAN PULLAR MUZEYE VERILECEK?VERILECEKSE GEDIB MUZEYDE BAXILARDI.
Müəllif:badman (Əlavə edilib: 28.10.2012 18:53:56)
ondan bir azda mene verde
Müəllif:badman (Əlavə edilib: 27.10.2012 19:46:45)
ondan bir azda mene verinde
Müəllif:vuqar_idrak (Əlavə edilib: 22.09.2012 14:51:31)
bexde bax eee
Müəllif:Qonaq (Əlavə edilib: 02.07.2012 13:33:56)
bunun 1 denesini vere bilerler mene hediyye kimi saxlayardim)

Öz şərhinizi yazın

Bağla
.....