Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

“Facebook”-un fotoəlavəsi işıq üzü görüb

Shagird.az - “Facebook”-un fotoəlavəsi işıq üzü görüb (No description)- Maraqlıdır

"Facebook" sosial şəbəkəsi iOS əməliyyat sistemi bazası əsasında işləyən mobil qurğular üçün nəzərdə tutulan fotoəlavəni nümayiş etdirib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əlavə istifadəçiləri aparatın kamerası ilə fotoşəkillər çəkmək, onları emal edərək "Facebook"-dakı dostlarla paylaşmaq imkanı əldə ediblər.

Shagird.az - “Facebook”-un fotoəlavəsi işıq üzü görüb (No description)- Maraqlıdır

Şəkillərə filtrləri qoymaqla yanaşı, "Facebook Camera"-da kadra düşən adamları və şəkillərin çəkildiyi yeri qeyd etmək mümkündür. Fotoşəkilləri həm bir, həm toplum şəklində dərc etmək imkanı var. Yenilənmə lentində istifadəçinin dostları tərəfindən dərc edilən bütün şəkillər göstəriləcək. "Facebook Camera"-dan hələlik yalnız ingilisdilli istifadəçilər yararlana bilərlər. Əlavə bir neçə həftə ərzində başqa dillərə tərcümə olunduqdan sonra onu digər ölkələrdə yükləmək mümkün olacaq.

Shagird.az - “Facebook”-un fotoəlavəsi işıq üzü görüb (No description)- Maraqlıdır

Əlavə "Facebook" əməkdaşları tərəfindən "Instagram" proqramçılarının köməyi olmadan hazırlanıb, çünki eyniadlı fotoəlavə yaradan əməkdaşların işə qoşulması hələ ki başa çatmayıb. "Facebook" "Instagram"-ın 1 milyard dollara alınması ilə bağlı razılığın əldə olunmasını ilk dəfə bu il aprelin 9-da açıqlayıb.

Mənbə: http://lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1445 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:almeda341 (Əlavə edilib: 21.10.2012 19:55:00)
3
Müəllif:lepar (Əlavə edilib: 03.06.2012 12:48:10)
3

Öz şərhinizi yazın

Bağla
.....