Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

“Yahoo!” möhtəşəm bir veb-brauzer yaradıb

Shagird.az - “Yahoo!” möhtəşəm bir veb-brauzer yaradıb (No description)- Maraqlıdır

"Yahoo!" internet-şirkəti "Apple iOS" əməliyyat sistemi bazasında işləyən mobil qurğular –" iPhone" planşet kompüterləri və "iPad" planşetləri üçün internetdə axtarışın sadələşdirilməsinə yönələn "Axis" brauzerini, eləcə də masaüstü kompüterlərin veb-brauzerləri üçün əlavəni (xüsusi plagini) təqdim edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Axis" quraşdırıldıqdan sonra brauzer pəncərəsinin aşağı hissəsinə aktivləşən zaman göstərilən axtarış sətirli blok əlavə olunur.

Shagird.az - “Yahoo!” möhtəşəm bir veb-brauzer yaradıb (No description)- Maraqlıdır

Saytların kiçik şəkilləri "Google"-nin ani axtarışında olduğu kimi, sorğu daxil edildikcə yüklənir. Tapılan səhifənin istinadını asanlıqla elektron poçtla göndərmək, "Twitter" və ya "Pinterest"-də dərc etmək, eləcə də seçilmiş səhifələr bölməsinə əlavə etmək olar. "Axis" brauzerinin başlıca üstünlüyü istifadəçinin istər "iPhone", "iPad", istərsə adi personal kompüterdən şəbəkəyə daxil olduğu bütün qurğularda axtarışın tarixini və parametrlərini sinxronlaşdırmaq olacaq.

Shagird.az - “Yahoo!” möhtəşəm bir veb-brauzer yaradıb (No description)- Maraqlıdır

"Axis" özündə "JavaScript" dilinin elementlərini, SQL məlumat bazasını və HTML5 dilini birləşdirən "Yahoo Cocktails" platforması əsasında yaradılıb. Axtarış sorğularının emalı ilə "Yahoo!"-nun 2010-cu ilin avqustundan istifadə etməyə başladığı "Microsoft Bing" texnologiyası məşğul olur.

Mənbə: http://www.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1343 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__215847 (Əlavə edilib: 07.06.2012 17:30:55)
bahse girerim bu brauzerin yaradilmasinin arxasinda masonlar durur

Öz şərhinizi yazın

Bağla
.....