Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Facebook-dan yeni şad xəbər

Shagird.az - Facebook-dan yeni şad xəbər- Maraqlıdır

"Facebook" sosial şəbəkəsində qrup iştirakçılarının istifadə edə biləcəyi fayl mübadiləsi funksiyası işə salınıb. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yüklənən bir faylın maksimal ölçüsü 25 meqabaytla məhdudlaşır.

Shagird.az - Facebook-dan yeni şad xəbər- Maraqlıdır

Qrup istifadəçiləri sənəd, fotoşəkil, qısa videoçarx və digər kontenti mübadilə edə biləcəklər. Zərərli proqramların və müəllif hüququ sahibləri tərəfindən şikayətlərin olmaması üçün "Facebook" musiqi və ".exe" genişlənməli faylları yükləməyi qadağan edib. "Facebook"-un qruplarından 380 milyonda çox insan istifadə edir. Yeni funksiyadan hələlik yalnız məhdud saylı qruplar yararlana bilər.

Shagird.az - Facebook-dan yeni şad xəbər- Maraqlıdır

Fayl mübadiləsi funksiyası ilk dəfə "Facebook"-un kollec və universitet tələbələri üçün qapalı qruplarında yaradılıb. Qruplara yalnız ".edu" poçt ünvanına malik istifadəçilər daxil ola bilərlər. Yeni funksiyanın sosial şəbəkə tərəfindən 2011-ci ilin oktyabrında alınan "drop.io" fayl mübadiləsi texnologiyasına əsaslandığı ehtimal edilir. "Adobe Connect" və ya "Dropbox" fayl mübadiləsi servislərindən fərqli olaraq burada qeydiyyat tələb olunmur. İstifadəçilərin faylı yükləyərək keçid əldə etməsi və onu dostları ilə bölüşməsi kifayət edir.

Mənbə: http://lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2228 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__2938875 (Əlavə edilib: 06.07.2014 18:58:38)
super yaaaaaaaaaaaaaaaaaaaaaa
Müəllif:perish_Lee (Əlavə edilib: 08.02.2014 18:48:25)
Facebook
Müəllif:ESZ (Əlavə edilib: 29.12.2012 19:31:40)
ela
Müəllif:Nergiz_piano (Əlavə edilib: 31.10.2012 23:59:28)
herkese salam kimler sagird burda?

Öz şərhinizi yazın

Bağla
.....