Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bakcellin “Baku Crystal Hall”-la nə əlaqəsi var?

Shagird.az - Bakcellin “Baku Crystal Hall”-la nə əlaqəsi var? (No description)- Maraqlıdır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, şirkətin şəbəkə infrastrukturu Bakıda keçiriləcək Eurovision-2012 mahnı müsabiqəsi zamanı müştərilər və qonaqlara yüksək keyfiyyətli mobil xidmətlərin göstərilməsi üçün tam hazırdır.
"Şəbəkəmizin tutumu bizə yüksək həcmlərdə zəng və SMS axınlarını dəstəkləmək və Eurovision-2012 mahnı müsabiqəsi zamanı ən sürətli və fasiləsiz mobil internet xidmətləri göstərmək imkanı verir. Bakcell-in müasir şəbəkəsi vasitəsilə müştərilərimiz və rouminq xidmətindən istifadə edən Bakının qonaqları ən yüksək keyfiyyətli xidmətlərdən yararlanacaqlar", - deyə Bakcell-in Baş Texniki Direktoru cənab Yiğit Berktaş bildirib.
Yüksək keyfiyyətli mobil rabitə xidməti göstərmək məqsədilə Bakcell şirkəti hazırda Eurovision-2012 mahnı müsabiqəsinin keçiriləcəyi yerdə binadaxili mobil rabitə sistemini quraşdırmaqdadır. "Baku Crystal Hall" sarayında quraşdırılan bu sistemdən digər iki mobil operator da istifadə edə biləcək.

Shagird.az - Bakcellin “Baku Crystal Hall”-la nə əlaqəsi var? (No description)- Maraqlıdır

Plana uyğun olaraq hər üç operatorun 2G3G kanalları qoşulan zaman, sistem 31500 abunəçiyə mobil rabitə xidməti göstərməyə imkan verəcək. Bu isə Baku Crystal Hall sarayında quraşdırılan oturacaq yerlərindən ikiqat çoxdur və bütün müştərilər və qonaqlar ən üstün əhatə və keyfiyyətdən yararlana biləcəklər.
Planlaşdırılmış mobil rabitə sistemi ehtiyata malik olacaq və canlı olaraq nəzarətdə saxlanacaq.
Bu layihə Türkiyənin ən iri stadionlarından biri olan 55000 nəfərlik "Türk Telekom Arena"da binadaxili baza stansiya layihəsini uğurla başa çatdıran Beteko-Komtel şirkəti tərəfindən həyata keçiriləcək.
Layihə üçün Bakcell şirkəti xüsusi istehsal edilmiş stadion antenalarından istifadə edəcək. Sertifikatlaşdırılmış antenalar Avstraliyada istehsal olunur və ilk dəfə bu cür antenalar Çində keçirilən Olimpiya oyunları zamanı "Qəfəs" adlı stadionda istifadə edilib.
Tədbir zamanı sistemin fasiləsiz işini təmin etmək məqsədilə Bakcell şirkətinin mütəxəssisləri daima növbə əsasında işləyəcəklər.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Mənbə: http://lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 3535 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__3392 (Əlavə edilib: 28.06.2012 09:56:15)
ela supper
Müəllif:gelin_oxuyaq (Əlavə edilib: 06.05.2012 15:07:16)
burda mobil operator bakcell olacaq
Müəllif:Qonaq__300744 (Əlavə edilib: 05.05.2012 21:05:56)
coxx gozeldi

Öz şərhinizi yazın

Bağla
.....