?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Qobustandakı qayaüstü rəsmlər və qədim mağaralarda təhlükə yaranması təsdiqləndi

Qobustandakı qayaüstü rəsmlər və qədim mağaralarda təhlükə yaranması təsdiqləndi

Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən martın 31-də Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarının iştirakı ilə Kiçikdaş dağında baş vermiş struktur-denudasiya prosesləri ilə əlaqədar vizual mühəndisi-geoloji araşdırmalar aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, struktur-arid-denudasion mənşəli Kiçikdaş antiklinal tirəsi Aşağı Kür və Abşeron-Ceyrankeçməz çökəkliklərinin tektonik təmas zonasında mövcud olan Eopleystosen-Erkən Pleystosen yaşlı inversion Ələt-Ləngəbiz tirələr sisteminin kənar şərq hissəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsindən 2 km şimal-qərbdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşir.

Qobustandakı qayaüstü rəsmlər və qədim mağaralarda təhlükə yaranması təsdiqləndi

Qoruqda aparılan geoloji tədqiqatların nəticəsində məlum olub ki, iri qırışıqlıqlarla (mailliyi 45-600) və yarğanlarla əhatə olunmuş terrasvari quruluşa malik Kiçikdaş dağı ekzogen geoloji proseslərin baş verməsi nəticəsində zəif zədələnmiş sahədir və zədələnmə əmsalı 0,1-dən azdır. Dağın ətəklərində yarğan eroziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan qayma-axma prosesləri mütəmadi olaraq aktivləşir.
Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, Kiçikdaş dağının zirvəsində, təqribən 14 hektar sahəyə malik peneplenləşmiş suayrıcının cənub-şərq hissəsi uzunluğu 150-180 m, eni 0,7-2,0 m, görünən dərinliyi 10-30 m olan qırılma xətti ilə mürəkkəbləşib. Stuktur-denudasiya proseslərinin təsirindən, eləcə də, 2012-ci ilin yanvar-mart aylarında yağan yağıntıların təsirindən Kiçikdaş dağının tağ hissəsini təşkil edən və görünən qalınlığı 30 m-ə qədər olan əhəngdaşı layı müxtəlif ölçülü qaymalara parçalanaraq yamac boyu cənub-şərq istiqamətdə hərəkət etmiş və yamacın aşağı hissəsində sürüşməyə bənzər pilləli qayma axımı əmələ gətirib.

Qobustandakı qayaüstü rəsmlər və qədim mağaralarda təhlükə yaranması təsdiqləndi
Qobustandakı qayaüstü rəsmlər və qədim mağaralarda təhlükə yaranması təsdiqləndi
Qobustandakı qayaüstü rəsmlər və qədim mağaralarda təhlükə yaranması təsdiqləndi

Mənbə: http://lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2479 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:fatime_islam (Əlavə edilib: 18.05.2014 12:27:56)
maraqlidi
Müəllif:Nikoş (Əlavə edilib: 10.12.2012 17:14:16)
biz keçən dəfə qobustana getmişdik.
Müəllif:Uluwka_Rustemova (Əlavə edilib: 20.09.2012 20:57:34)
can can qobusttan axi niye bele gune duwube
Müəllif:Mektebliyik (Əlavə edilib: 17.09.2012 18:56:31)
dogrudur
Müəllif:Qonaq__267711 (Əlavə edilib: 02.05.2012 09:47:36)
AMiN
Müəllif:veten (Əlavə edilib: 18.04.2012 20:59:42)
beli bu dogrudur

Öz şərhinizi yazın

Bağla
.....