Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

50 ildən çox orbitdə qalan peykin aqibəti necə oldu?

Shagird.az - 50 ildən çox orbitdə qalan peykin aqibəti necə oldu?- Maraqlıdır

ABŞ-ın ilk peyklərindən biri, 3 noyabr 1960-cı ildə buraxılan "Explorer 8" elmi peyki orbitdə yarım əsir qaldıqdan sonra çərşənbə günü səhər atmosfer təbəqəsinə daxil olub.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Explorer 8" ABŞ-da buraxılan səkkizinci kosmik aparatdır.
"Explorer 8" peykinin çəkisi cəmi 40,9 kiloqram olub və ionosferdə 400 km-dən 1,6 min km-dək hündürlükdə elektronların sıxlıq və enerjisinin ölçülməsi üçün nəzərdə tutulub. Bundan başqa, peykin cihazları mikrometeoritləri qeydə alıb. Aparat civə batareyasının qurtarması səbəbindən cəmi 54 gün – 27 dekabr 1960-cı il tarixinədək işləyib. Bu peykdən əldə edilən elmi məlumatlar xüsusilə Yer atmosferində helium təbəqəsini aşkar etməyə imkan verib.
Qeyd edək ki, "Explorer 8" Yer orbitində qalmış ən qədim peyk deyil. ABŞ-ın 17 mart 1958-ci ildə buraxdığı "Vanguard 1" peyki indiyədək kosmosda qalmaqdadır.

Mənbə: http://lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1554 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:apseyn_rzayev (Əlavə edilib: 26.12.2013 19:41:56)
pis deyil
Müəllif:ARFE (Əlavə edilib: 18.11.2012 00:19:39)
belede pis deyildi idare eder
Müəllif:Gultekin96 (Əlavə edilib: 17.07.2012 17:26:26)
cox maraqli melumatdi
Müəllif:mis (Əlavə edilib: 24.04.2012 16:09:55)
maraqlidir
Müəllif:kosmos (Əlavə edilib: 13.04.2012 23:51:30)
maraqlidi cox sag olun
Müəllif:Natana (Əlavə edilib: 07.04.2012 21:58:57)
Cox maraqli melumatdir
Müəllif:Natana (Əlavə edilib: 03.04.2012 14:41:11)
Maraqli melumatdir.ilk defedir eshidirem

Öz şərhinizi yazın

Bağla
.....