Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Fenin yaradılması haqqında nə bilirsiniz?

Fenin bizim həyatımızda  əvəzedilməz olması danılmaz bir faktdır. Qadınların fenlə dost olması həyat tərzinin  bir hissəsidir. İndiki zamanda  saç düzümünü fensiz  yaratmaq müşkül bir məsələdir. Bəlkə də, hər gün istifadə etdiyimiz bu cihazın yaranma  tarixi haqqında nə bilirsiniz?
                 
                 
                   
Fenin yaradılması haqqında nə bilirsiniz?
                 
                 

Fenlərin "ulu babası" demək olar ki, 1900-cü ildə  Almaniyada "Sanitas" konstruktor bürosunda yaradılıb. Onun ilk  görünüşü indikilərdən tamamilə fərqli idi. O, böyük konserv bankasına bənzəyirdi - bir tərəfindən  taxta tutacaq, o biri tərəfindən isə polad borucuq. Bu konserv qutusunun içində  daxili yanma mühərriki yerləşdirilmişdi. Bu mühərrik polad spiralı qızdırırdı və  propellerin köməyi ilə isti hava polad borucuqdan xaricə vurulurdu.
                    Bu cihazın çəkisi 2 kq yaxın olub. Həmin bu feni saçlara çox yaxın tutmaq  onların yanmağı ilə nəticələnə bilərdi. Ona görə ki, bu fenin üfürdüyü havanın  temperaturu 90 dərəcə idi.
                    "Fen" sözünü  isə dağlardan düzənliyə əsən isti küləyin adı ilə bağlayırlar. Sonralar bir neçə  fərqli adlar verilsə də, həmin adlar geniş istifadə olunmadı.
                    Həmin zamanlar bu cihazın qiyməti 39 alman markası idi. O dövr üçün bu böyük pul idi. Ən bahalı saç  salonlarının xidmət qiyməti isə 2 markaya qədər idi.
                    Qiymətinə baxmayaraq bu cihazlar böyük həcmdə satılırdı. Həmin dövrdə əksər qadınlar uzunsaç  idilər. Bu fakt və  cihazın 5-10 dəqiqəyə saçları quruda bilməsini nəzərə alsaq, fenin yaradılması  böyük bir nailiyyət idi.
                    İndiki zamanda  fensiz gözəl saç düzümünə nail olmağın mümkün olmadığını hami bilir.

Tərcümə etdi: Admin

Mənbə: http://evolutsia.com

Dostlarınızla paylaşın!

Bu səhifə 2446 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__3586273 (Əlavə edilib: 24.08.2014 15:31:55)
eladiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Müəllif:light (Əlavə edilib: 01.06.2014 14:28:00)
maraqlıdır.teşekkurler
Müəllif:Qonaq__754967 (Əlavə edilib: 28.04.2014 23:41:47)
Təşəkkürlər!
Müəllif:gruzinka (Əlavə edilib: 05.04.2014 23:35:51)
maraklidi saol bilmek
Müəllif:gruzinka (Əlavə edilib: 05.04.2014 23:35:27)
maraklidi
Müəllif:lokas (Əlavə edilib: 24.03.2014 12:56:54)
bu.nedi.hey.bu.nedi.eladiki
Müəllif:elaci25102001 (Əlavə edilib: 11.03.2014 18:21:06)
maraqlidir indi fen olmasa ne ede bilerikiii
Müəllif:Doktor_Ali (Əlavə edilib: 14.12.2013 15:35:57)
ixtira edənə çooooooooooooooooooooooooox sağol deyirəm
Müəllif:Qonaq__53234 (Əlavə edilib: 06.11.2013 10:31:21)
maraqlidir
Müəllif:Qonaq__53234 (Əlavə edilib: 06.11.2013 10:26:56)
super
Müəllif:Qonaq__53234 (Əlavə edilib: 06.11.2013 10:26:12)
superdi
Müəllif:yeganə (Əlavə edilib: 09.10.2012 15:56:26)
maraqlı faktdır. mən heç bu barədə bilmirdim.
Müəllif:Qonaq__8158 (Əlavə edilib: 24.09.2012 21:25:46)
allah onu yaradana rehmet elesin
Müəllif:mak (Əlavə edilib: 09.09.2012 16:29:07)
maraqlidir
Müəllif:Tenqidci (Əlavə edilib: 19.04.2012 10:59:51)
maraqli faktdi.tesekkurler

Öz şərhinizi yazın

Bağla
.....