Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar”

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar”

Azərbaycanın bəzi orta məktəblərində şagirdlər evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər. Bunu Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib.

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar”

Onun sözlərinə görə, filtrasiyalı internetdən "Elektron məktəb" layihəsinin iştirakçısı olan orta məktəblərdə təhsil alan və netbuklarla təmin edilmiş şagirdlər istifadə edəcəklər.
Məmmədov deyib ki, netbuklar "Elektron məktəb" layihəsi rəhbərliyinin qərarı ilə seçilmiş siniflərin şagirdlərinə paylanılıb. 2010-2011-ci illərdə şagirdlərə 2000-dən artıq netbuk verilib.

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar”

Nazirlik yaxın bir ay ərzində netbukları olan bu şagirdlərə internetdən pulsuz istifadə üçün xüsusi flaş kartlar da verəcək. Bu kartlar "Azedunet" və "SAZZ" şirkətləri tərəfindən şagirdlərin valideynlərə pulsuz paylanılacaq.
İdarə rəisinin sözlərinə görə, şagirdlər evdə yalnız filtrasiya sistemli internetdən istifadə edəcəklər.
O əlavə edib ki, hazırda təhsil müəssisələrinə verilən internetdə xüsusi filtrasiya sistemi tətbiq edilir.
"Hazırda şagirdləri təhlükəsiz internetlə təmin edirik. Bu işi getdikcə gücləndiririk. Çalışırıq ki, təhsil müəssisələrimizdə olan internet tam təhlükəsiz olsun", - Məmmədov qeyd edib.

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar”

Nazirlik rəsmisi deyib ki, orta məktəblərdə bütün porno, terror, dini təşviqatlar aparan saytlar filtrasiyadan keçirilir. Ona görə də şagirdlər həmin saytlara daxil ola bilmirlər.
Məktəblərə verilən internetə ciddi nəzarət edildiyini deyən Məmmədovun sözlərinə görə, təhsil naziri Misir Mərdanovun əmri ilə internetin filtrasiyası üzrə şura yaradılıb. Geniştərkibli və müstəqil olan bu şurada valideynlər, müəllimlər, media işçiləri də təmsil olunublar. Şura filtrasiya ilə bağlı hər hansı məsələni, eyni zamanda problemlər yarandıqda onu müzakirə edir, qərar qəbul edir.

Mənbə: http://www.xeberler.az

Dostlarınızla paylaşın!

Bu səhifə dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__1912088 - 25.04.2014
bu melumata gore size cax tesekkur
Qonaq__1912088 - 25.04.2014
salam bizim mektebe de verseler yaxsi olar . hardadi o gunler . 38 sayli tam orta mektebe de versinler de noooooooooolar
aston - 28.10.2013
melumata gore coooxxx sag olun.mence vermezler.
eger verseler yox demerem)))
Qonaq__399330 - 28.10.2013
bizə elektron löhvə çəkilib.əladi
osakuc - 02.09.2013
bizim mektebtede paylandi![yuxumda]
zirve16 - 08.07.2013
dogrudan verirler?he
Qonaq__424855 - 16.01.2013
yalan sohbetdi
Qonaq__281848 - 13.12.2012
yaxsi olardi ama vermirlerde
a8a - 31.08.2012
xebere goretwk
Qonaq__107629 - 05.08.2012
netbuklar butun mekteblere verilecek
Aqasi - 14.07.2012
Tezlikle butun mekteblere samil olmalidir
Gune001 - 29.06.2012
Men 10 saylı mektebde oxuyuram.Mən də istərdim ki bizim mektebde de uşaqlar belə şeylərdən yararlansin
ati - 24.05.2012
her kese salamlar ATiden:)
ANGELL - 29.04.2012
salam.bu ela fikirdi goresen bu rayonlardada teskil olunacaq xahiw edirik cavab yazin.
ell_nikk - 24.04.2012
thanks
Qonaq__184937 - 26.03.2012
bizede verseler yaxwi olardi
ibrahim575 - 25.03.2012
bu konp meselesi deyilir ama uze cixmir :)
KONUSTAN_TIN - 17.03.2012
MEN INDI BAKIDA 124SAYLIDA OXUYURAM AMMA GELEN IL SHAMAXIYA GEDECEM GORESEN SHAMAXIYADA VERILECEKKKK...
ayka83 - 23.02.2012
bu sad xebere gore tesekkur edirem .insallah bizden sonra hamiya vereler........
lac_Sfq - 27.01.2012
Inşallah bizim məktəbdə də elektron dərs keçərlər.58 saylı məktəbə salamlar!!!
araz_hesenli - 21.01.2012
tesekkurler bu cox yaxsi fikirdi
Qonaq__51056 - 13.01.2012
cox yaxsi 178ede verilse yaxsi olar
famila_babayeva - 08.01.2012
oooooooo na yaxsi amma bu ildan maktabdan cixiram
Tomris - 29.12.2011
Məlumata görə təşəkkürlər..inşallah bütün məktəblərə verilər.83-saylı məktəb-liseydə daxil olmaqla.
JASMIN_SVA - 21.12.2011
bizim mektebe verilmiib(((254))ama verilse ela olar))
Anglera - 14.12.2011
super
sacik - 11.12.2011
ozel mekteblerede verilecek
Shehla - 02.12.2011
Cox yaxshi. Butun mekteblerde olsa daha yaxshi olar.
NAYOMNIK - 02.12.2011
COX YAXSI USAQLARIN KEFIDI
Lovelylove - 26.11.2011
bizim mektebede verilmeyib....
Konul_12 - 19.11.2011
Melumata gore tsk, amma bu netebooklardan her mektebe verilmeyib.Insallah tezlikle vererler.
ibrahim - 17.11.2011
Bu cur melumatlariniza gore twk.Arzu ederdim bu cur netbuklar butun mekteblilere verilsin.hemcinin SHEKI mekteblerine.......
crazy_girl - 16.11.2011
Melumata gore cox saqolun. Lakin Baki seheri Neriman Nerimanov rayonu Rafiq Nesreddinov adina 39 sayli orta mektebin sagirdlerine de verilse cox sad olariq... Qabaqcadan tesekkurler...
Monster - 16.11.2011
Melumata gore cox sagolun.
gulnar_ADPU - 10.11.2011
Cox gozel fikirdi.Mence butun mekteblere verilmelidir,292 de daxil olmaqla.
Elxancebr - 07.11.2011
Hec gencede yoxdur ne internet ne modem ne komputer acinacaqli veziyetdir.
ena - 06.11.2011
mənim məktəbim 146 dır amma hələ notbuk paylanmıyıb
Adem_Rehimov - 05.11.2011
lap yaxsi coxdan edilmeliydi amma men basa dusmedim butun dini saytlara qadagan qoyulub?
Dovshanka - 05.11.2011
he, bizim mektebe de verilmeyib/Yeqin ki bir iki yer' verilib ifisyo
qonaq_16201 - 04.11.2011
teşekkür edirik ki bele plan həyata keçirtmisiniz.
180 saylı orta məktəbə nə vaxt verəcəksiniz?
BLENDOGIRL - 04.11.2011
Bütün məktəblərə verilmeyib ki....
SaLaMoVMusa - 02.11.2011
Çox sağ olun..
im_student - 02.11.2011
Bu melumata gore size cox tesekkur edirem...
Menim size sualim odur ki, 203 sayli orta mektebe neye gore bu netbuklardan verilmeyib?????

Öz şərhinizi yazın