Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Mon Pele vulkanı və onun yaratdığı fəlakət...

Martinika adasında yerləşən və bizim dövrümüzdə sakit olub turistlərin gəzinti yeri olan bu vulkan vaxtı ilə böyük bir fəlakət törədib.
Vulkanın hündürlüyü 1397 m-dir. Krateri ovaldır – 1000 m-750 m-ə. Vulkanın oyanması 1902-ci ilin aprel ayına təsadüf etsə də, onun püskürməsi may ayının 8-də baş verdi. Vulkanın püskürməsi qəflətən baş verir. Vulkanın dibindən boz rəngli böyük bir bulud çıxır. Bu bulud lava, buxar və qazlardan ibarət idi. Bulud böyüyərək yuxarı qalxır və 8 km-də yerləşən Sen-Pyer şəhərinin üzərinə gedir.

Bir neçə dəqiqənin içində daş və kül buludu şəhəri məhv edir. Limanda olan 17 gəmidən sadəcə 1 gəmi salamat qalır. 28 min nəfər şəhər sakinindən isə sadəcə 2 nəfəri sağ qalır. Bütün canlılar məhv olur. Sağ qalan 2 nəfərin 1-i şəhər həbsxanasında yeraltı tək kamerada olan məhbus, ikinci isə şəhərdən xeyli aralıda yaşayan bir sakin olur.
Püskürmə zamanı lavanın çıxması baş vermir. Bir qədər vaxtdan sonra vulkanın kraterində 370 metr hündürlüyündə və 100 m diametri olan bir şiş qaya əmələ gəlir və həmin qaya 1 ildən sonra dağılır.
Martinika adasının dəniz sahilinin dibinin yoxlamaları onu göstərir ki, bu ada bir neçə yüz metr suya batıb.

Tərcümə etdi: Admin

Mənbə: http://ru.wikipedia.org

Dostlarınızla paylaşın!

Bu səhifə 1140 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__6251017 (Əlavə edilib: 25.12.2014 19:42:08)
Tebietin mocuzeleri meni cox maraqlandirir.Bu mocuzeler haqqinda melumatlar tebii ki butun oxucularin sevimli movzusudur.Bu cur melumatlarin daha cox olmasi bizim ureyimizce olardi.Cox cox tesekkurler edirem...
Müəllif:Qonaq__3803246 (Əlavə edilib: 10.11.2014 11:30:42)
Melumat ucun cox sag olun.Basqa maraqli tebiet hadiselerini de paylasin.Onceden teshekkurler.

Öz şərhinizi yazın

Bağla
.....