Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Cənubi Koreyada virtual supermarket fəaliyyətə başlayıb

Shagird.az - Cənubi Koreyada virtual supermarket fəaliyyətə başlayıb (No description)- Maraqlıdır

Ailə büdcəsinin böyük bir hissəsi qida və məişət məhsullarına xərclənir. Bunları asanlıqla supermarketə gedərək bir yerdən almaq mümkündür. İnternet alqı-satqısının inkişaf etdiyi və evə çatdırılma servisini edən firmaların mövcud olduğu zamanda, bunu etməyə ehtiyac yoxdur. Cənubi Koreyalı alıcılar isə yeni bir servisdən istifadə etməyə başlayıb.
Artıq Cənubi Koreyalı alıcıların qiymətli vaxtlarını mağazada alış-veriş etmək üçün xərcləməyə sərf etmələrinə gərək yoxdur. Hətta kompüter arxasında oturub alınacaq malları seçmək də lazım deyil. Tesco Homeplus şirkəti meqapolisin əhalisinin xoşuna gələcəyi gözlənilən yeni sistem təqdim etdi – "virtual super market".

Shagird.az - Cənubi Koreyada virtual supermarket fəaliyyətə başlayıb (No description)- Maraqlıdır

Tesco, metro stansiyalarında ərzaqların şəkilləri və müvafiq QR-kodları göstərilən xüsusi vitrinlər quraşdırmaq qərarına gəlib. Alıcı isə yalnız smartfon vasitəsilə almaq istədiyi məhsulun kodunun şəklini çəkməli və sifariş verməlidir. Designboom-a görə, məhsullar bir gün ərzində evə çatdırılacaqdır.
Əgər bu növ supermarket Bakıda fəaliyyət göstərsə, çox vaxt keçməz ki, müflis olar. Burada alıcılar real olmayan, yəni öz əlləri ilə hiss edə bilmədikləri, heç bir şey almaz.

Tərcümə etdi: Cambulat Əliyev

Mənbə: http://zhelezyaka.com

Dostlarınızla paylaşın!

Bu səhifə 2407 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:akber2000 (Əlavə edilib: 08.02.2012 11:29:21)
eladi
Müəllif:Qonaq__86738 (Əlavə edilib: 29.01.2012 16:31:32)
Mence cox yaxsi ideyadir
Müəllif:dtfghj (Əlavə edilib: 17.01.2012 20:54:22)
her sey gozeldir
Müəllif:gulsu (Əlavə edilib: 27.12.2011 14:25:34)
heqiqeten düzdü müflis olar
Müəllif:Aydin (Əlavə edilib: 23.12.2011 22:09:57)
qeweng
Müəllif:Dovshanka (Əlavə edilib: 10.12.2011 18:09:38)
evet qarib bi şey,teşekkürler

Öz şərhinizi yazın

Bağla
.....