Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Sosial şəbəkələr və biz

Shagird.az - Sosial şəbəkələr və biz (No description)- Maraqlıdır

Cəmiyyətin bir hissəsi olaraq, insanların bir-biri ilə ünsiyyətdə olmağına ehtiyacı var. Mobil telefonların peyda olmasından əvvəl insanlar bir-birlərini tez-tez ziyarət edərdilər. Amma mobil telefonların ucuz olması və danışıq tariflərinin yetərincə aşağı olması bu ziyarətləri telefon danışıqları ilə əvəz etdi. Bununla birlikdə kompüter istifadəçilərinin ən çox sevdiyi sosial şəbəkələr də yaradıldı. Onların istifadəçilərinin sayı milyonlarladır. Onlardan ən böyüyü Facebook-dur.

Shagird.az - Sosial şəbəkələr və biz (No description)- Maraqlıdır

RİA-novosti-yə istinadən, dünya üzrə milyarddan çox insan müxtəlif sosial şəbəkələrdən istifadə edir. Bunlar isə bütün internet-istifadəçilərinin 70%-ni təşkil edir.

Shagird.az - Sosial şəbəkələr və biz (No description)- Maraqlıdır

Insites Consulting-in dediyinə görə, yeni yaradılmış sosial şəbəkələrə istifadəçi kütləsini yığmaq çox çətin olacaq. Aparılmış sorğuda iştirak edənlərin təxminən 60%-i yeni sosial şəbəkələrə ehtiyacları olmadığını və 93%-i isə mövcud şəbəkələrin xidmətlərindən məmnun qaldıqlarını söyləmişlər. Facebook-un istifadəçiləri hər dəfə şəbəkəyə daxil olaraq orta hesabla 37 dəqiqə orada sərf edir. Twitter-in mikrobloqlarında isə bu müddət - 23 dəqiqədir. Facebook-u gündəlik ziyarət edənlərin sayı 400 milyon nəfər təşkil edir.
Tədqiqatçılar qeyd edirlər ki, Şərqi Avropada ən çox yayılan rus sosial şəbəkəsi "VKontakte"-dir. Şirkətin iddiasına görə, qeyd edilən ərazidən olan istifadəçilərin 55%-i adı çəkilən rus şəbəkəsi haqqında məlumatı var və onların 39%-i bu şəbəkədən istifadə edir.

Shagird.az - Sosial şəbəkələr və biz (No description)- Maraqlıdır

Facebook dünyanın ən böyük sosial şəbəkəsidir. Onun qeydiyyatdan keçmiş istifadəçilərinin sayı artıq 750 milyonu ötüb.

Shagird.az - Sosial şəbəkələr və biz (No description)- Maraqlıdır

"VKontakte" isə ən böyük Rusiya sosial şəbəkəsidir. O, 100 milyon qeydiyyatdan keçmiş istifadəçiyə malikdir.

Shagird.az - Sosial şəbəkələr və biz (No description)- Maraqlıdır

Twitter mikrobloqlarının auditoriyası isə 200 milyondan artıqdır. Onlardan 50 milyonu gündəlik istifadəçilərdir.

Tərcümə etdi: Admin

Mənbə: http://www.digit.ru

Dostlarınızla paylaşın!

Bu səhifə 2481 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__2279531 (Əlavə edilib: 19.05.2014 15:02:03)
əladı əla

Öz şərhinizi yazın

Bağla
.....