Bilik kampaniyası
Əvvəlki hədiyyə kampaniyalarında qaliblər - saytı hər gün ziyarət edənlər və daha çox səhifə ziyarət edənlər olurdu. Bu da, bəzi bilikli istifadəçilərin ƏSASLI narazılığına səbəb olurdu və Biz də buna biganə qala bilməzdik. Yeni yaratdığımız “Bilik kampaniyası”-nda isə təkcə ən aktiv abunəçilər deyil, həm də biliklilər qalib olacaq.
Bunun üçün nə etməli?
- abunə olmaq (e-mail mütləq REAL olmalıdır)
- göstərdiyiniz e-mailə sayt tərəfindən göndərilmiş məktubu təsdiqləmək
- saytın admini tərəfindən seçdiyiniz nik təsdiqləndikdən sonra buraya daxil olmaq (buraya tıklayın)
- testə başlamaq (suallara düz cavab yazın)
“Bilik kampaniyası”-nın bəzi şərtləri və qaydaları var. Bunlara riayət etsəniz, Siz də qalib ola biləcəksiniz.
- Abunə mütləq təsdiq olunmalıdır!
- Suallar fərqli sinif, fənn və paraqraflardan ibarət olacaq.
- Sualların sayı 100 ədəddir.
- Sizə təqdim edilən suallar eyni anda digər istifadəçiyə verilməyəcək.
- Hər suala (məsələlər istisna təşkil edir) cavab vermək üçün 2 dəqiqə vaxt veriləcək.
- Suallar hər 45 dəqiqədən bir təqdim olunacaq.
- Növbəti sualın sinfi, fənni və vaxtı əvvəlki sualı cavablandırandan sonra Sizə təqdim olunacaq və ya buraya daxil olaraq baxa biləcəksiniz.
- Sualların təqdimatı 24 saat ərzində olacaq.
- Kampaniya müddəti 10 gündür.
- Kampaniya müddətinin azaldılması Sizdən asılıdır (saytı gün ərzində nə qədər çox ziyarət etsəniz və suallara cavab versəniz vaxt azalır).
- Səhv və düz cavabların siyahısına burada bax bilərsiniz (buraya tıklayın)
- Cavabların reytinqinə burada baxa bilərsiniz. (buraya tıklayın)
- Bir düz cavab 1 bal qazandırır, 3 səhv cavab isə 1 bal azaldır.
- “Bilik kampaniyası” ayda 3 dəfə keçiriləcək.
- Qaliblərə mobil operatorların kontur kartları veriləcək (operatoru Siz seçəcəksiniz).
- Qaliblərə kontur kartın nömrəsi e-mail adresinə göndəriləcək (ona görə də e-mail adres düz olmalıdır).
Aktiv olun, hədiyyə qazanın!