Microsoft PowerPoint nə üçündür? (MilliByte)

Microsoft PowerPoint nə üçündür? (MilliByte) - 1

Microsoft PowerPoint - ən geniş yayılmış elektron təqdimat proqramıdır. Bu proqram müxtəlif növ təqdimatların hazırlanması və keçirilməsi üçün tətbiq olunur. Təqdimatların hazırlanmasında mətn, şəkil, audio və video materiallardan istifadə olunur.

Microsoft PowerPoint'i kimlər bilməlidir?

MS PowerPoint proqramını istənilən ofis əməkdaşı (rəhbər şəxs, menecer, katibə, mühasib və s.), müxtəlif peşə sahibləri (mühəndis, həkim, müəllim və s.) və tələbələr bilməlidir.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Microsoft PowerPoint təliminə başlamadan öncə başlanğıc bilik kimi Windows ƏS-ni və Microsoft Word proqramını bilməyiniz tələb olunur.

Microsoft PowerPoint təlimində nələr öyrənəcəksiniz?

Siz, 1 aylıq Microsoft PowerPoint təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- MS PowerPoint interfeysi
- Şablon əsasında təqdimatların hazırlanması
- Təqdimat dizaynının seçilməsi
- Slaydların yığılması və tərtibatı
- Mətn, cədvəl və şəkillərlə iş
- Audio və video materialla iş
- Effekt və animasiyalar ilə iş
- Təqdimatların çapı və nəşri
- Təqdimatın keçirilməsi

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində Microsoft PowerPoint dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed