Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Adobe Illustrator nə üçündür? (MilliByte)

Adobe Illustrator - geniş yayılmış çox funksiyalı vektor qrafik redaktor proqramıdır. Bu proqram müxtəlif vektor qrafikası (poliqrafiya və reklam məhsulları, vektor illustrasiyalar, web üçün qrafiklər və s.) ilə işləməyə imkan verir.

Adobe Illustrator'u kimlər bilməlidir?

Adobe Illustrator proqramını poliqrafiya və reklam işçiləri, web studiya mütəxəssisləri və eləcə də vektor qrafikası ilə işləyən həvəskarlar bilməlidir.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Adobe Illustrator təliminə başlamaq üçün kompüter qrafikasının əsaslarını bilmək tələb olunur. Bununla belə başlanğıc üçün Adobe Photoshop və ya Corel Painter proqramlarını bilməyiniz də tövsiyyə olunur.

Adobe Illustrator təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq Adobe Illustrator təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Vektor qrafikası: əsasları və emaletmə prinsipləri
- Obyektlər ilə iş
- Əyrilər ilə iş
- Konturların hazırlanması və redaktəsi
- Rənglər ilə iş
- Yüksək dəqiqlik alətləri
- Stillərin hazırlanması
- Mətnlərin tərtibatı
- Xüsusi effektlərin hazırlanması
- Standart qrafik formatlara eksport və çapa hazırlama
- Əlavə imkanlar

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində Adobe Illustrator dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

Siz, Adobe Illustrator təlimini bitirdikdən sonra vektor qrafikası ilə işləməyi, onları istənilən səviyyədə emal etməyi bacaracaqsınız. Bundan əlavə müxtəlif poliqrafiya və reklam məhsullarının dizaynını hazırlamağı, və eləcə də korporativ stilləri tərtib etməyi də öyrənmiş olacaqsınız.

Dostlarınızla paylaşın!

Bu səhifə 232 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....