Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

AutoCAD nə üçündür? (MilliByte)

Autodesk AutoCAD - ən geniş yayılmış çox funksiyalı layihələndirmə və rəsmxətt proqramıdır. Bu proqram müxtəlif çertyojlar hazırlamağa və eləcə də 3D modelləşdirmə işlərini görməyə imkan verir.

Autodesk AutoCAD'ı kimlər bilməlidir?

Autodesk AutoCAD proqramını inşaat və memarlar, maşınqayırma və digər sənaye mühəndisləri, və eləcə də rəsmxətt və 3D modelləşdirmə ilə məşğul olan həvəskarlar bilməlidir.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Autodesk AutoCAD təliminə başlamaq üçün kompüter qrafikasının əsaslarını bilmək tələb olunur. Bununla belə Corel Draw proqramını bilməyiniz də tövsiyyə olunur.

Autodesk AutoCAD təlimində nələr öyrənəcəksiniz?

MilliByte-ın təhsil mərkəzində AutoCAD təlimi iki mərhələdən ibarətdir:

1-ci mərhələ: Layihələndirmənin əsasları (2 ay)
2-ci mərhələ: 3D-modelləşdirmə və vizuallaşdırma (2 ay)

Siz, AutoCAD təliminin 1-ci mərhələsində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Proqram interfeysi
- AutoCAD primitivləri
- Koordinatlarla iş
- Obyektlərin redaktəsi
- Obyektlərin xassələri və laylar
- Bloklar
- Ştrixləmə
- Mətnlərlə iş
- Ölçülər
- Çapa hazırlama

Siz, AutoCAD təliminin 2-ci mərhələsində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- 3D-modelləşdirmənin əsas anlayışları
- 3D obyektlərin hazırlanması metodları
- 3D obyektlərin redaktəsi
- Səthlər
- Torlar və nöqtələr buludu
- Vizuallaşdırma
- Layihə sənədlərinin hazırlanması

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində AutoCAD dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Dostlarınızla paylaşın!

Bu səhifə 371 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....