Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Microsoft Word nə üçündür? (MilliByte)

Microsoft Word - ən geniş yayılmış mətn redaktoru proqramıdır. Bu proqram müxtəlif növ mətn sənədlərinin (sadə məktublar, rəsmi sənədlər, hesabatlar, bukletlər və s.) hazırlanması və oxunması üçün istifadə olunur.

Microsoft Word'ü kimlər bilməlidir?

MS Word proqramını istənilən ofis əməkdaşı (rəhbər şəxs, menecer, katibə, mühasib və s.), müxtəlif peşə sahibləri (mühəndis, həkim, müəllim və s.) və tələbələr bilməlidir.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Microsoft Word təliminə başlamadan öncə başlanğıc bilik kimi Windows əməliyyat sistemini bilməyiniz tələb olunur.

Microsoft Word təlimində nələr öyrənəcəksiniz?

Siz, 1 aylıq Microsoft Word təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- MS Word interfeysi
- Mətn redaktəsi
- Mətn tərtibatı
- Cədvəllərlə iş
- Qrafik imkanlar
- Əlavə imkanlar
- Mətn çapı

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində Microsoft Word dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

Siz, Microsoft Word təlimini bitirdikdən sonra sərbəst şəkildə mətnlərlə işləməyi bacaracaqsınız. Bundan başqa Microsoft şirkətinin digər ofis proqramlarını öyrənmək üçün fundamental biliklərə də yiyələnmiş olacaqsınız.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

http://www.jotform.me/form/43524108936456

P.S: Təlimlər pulludur, konsultasiyalar isə pulsuzdur. Təbələrə 20% endirim ediləcək. Qiymətlər, təlim prosesi və digər suallarınızı qeydiyyatdan keçdikdən sonra menecerlərimiz özləri Sizə zəng edərək cavablandıracaqlar.

Dostlarınızla paylaşın!

Bu səhifə 323 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....