not found
Ünvan
Nəsimi rayonu, Füzuli küçəsi 81
Telefonlar

(012) 555-19-20
(070) 255-19-20

Yaxınlıqda olan metro stansiyası
28 May
Orientir
"28 mall"-dan 1 kvartal yuxarı
Kurs haqqında ümumi məlumat
Description
Piramida Təhsil və Karyera Mərkəzi ilk dinləyicilərini 2001-ci ildə qəbul etmişdir. Təhsil Mərkəzində – Xarici dillərin və kompyuter proqramlarının müxtəlif metodlarla öyrədilməsi həyata keçirilir. Ilk başlanğıcdan bizim əsas məqsədimiz kurs müddətində əldə olunmuş biliklərin təcrübədəki faydasından ibarətdir. Təcrübənin teoriyadan geri qalmaması üçün bütün çalışmalar real proektlər üzərində qurulmuşdur. Bizim müəllimlərimiz yalnız geniş iş təcrübəsinə malik olan yüksək ixtisaslı mütəxəssislərdir. Biz dinləyicilərimizə yalnız işlərinə yox həm də onların professional və karyera artımına yardım edən biliklər verməyə çalışırıq.

Təhsil müəssisəmizin pedaqoqları həm yeni başlayanlara həm də təcrübəli mütəxəssislərə tədris proqramlarının öyrədilməsində kömək etməyə hazırdılar. Bizim coxpilləli sistemdə hər kəs təhsilinə uyğun kurs növü seçə bilər. Geniş tədris proqram seçiminin köməkliyi ilə müxtəlif sahələrin mütəxəssisləri özləri üçün mütləq maraqlı və faydalı kurslar tapacaqlar.

Bizim kurs əsas diqqəti korporativ təhsilə yönləndirmişdir. Sizin şirkətin bir neçə işçisinin bir anda tədris alması işin keyfiyyətinin və effektivliyinin qısa müddətdə artmasına imkan yaradır. Bizim səyyar sinfimiz Azərbaycanın bütün bölgələrindəki müəssisələrdə müvəffəqiyətlə kurslar keçirir. Müəssisə rəhbərliyi ilə razılaşmaya əsasən bizim müəllimlər individual kurs və dərs qrafikini tərtib edirlər.

Biz sizin vaxtınıza qənaət edirik. Təhsil və karyera mərkəzində çoxillik iş təcrübəsinə əsasən intensiv tədris metodikası işlənib hazırlanmışdır. Bu metodika sizə qısa vaxt ərzində seçdiyiniz kursu tamamilə mənimsəməyə imkan yaradır. Uyğun dərs qrafiki sizə münasıb olan vaxtı seçməyə imkan yaradır. Biz sizə səhər, günorta, axşam növbələrində və istirahət günü kursları təqdim edirik. Kurslar həm qrup şəklində həm də individual olaraq keçirilir. Əgər siz münasib vaxtda tez bir şəkildə təhsil almaq istəyirsizsə sizə müəllimlə “ təkbətək “ rejimini təklif edirik. Birinci dərsdə müəllimlər hər bir dinləyiciyə maksimal diqqət yetirir və hər birilə ayrılıqda söhbət edir.

Piramida Təhsil və Karyera Mərkəzi- həm biznesin müxtəlif sahələrilə məşğul olan mütəxəssislər həm də xarici dili öyrənməyi planlaşdıranlar üçün geniş imkanlar yaradır.

Bizim mərkəzdə bütun növ kompyuter kursları mövcuddur:

Yeni başlayanlar üçün kompyuter kursları,səhifələmə, qrafika, dizayn və animasiya, şəbəkələrin idarəolunması

Mühasibatla maraqlananlar üçün biz bütün növ mülkiyyət hüquq formaları müəssisələrində iş üçün “ Mühasibat uçotu və vergi “ ixtisası üzrə təhsil proqramı təklif edirik. Həmçinin mühasiblər üçün kompyuter kursları keçirilir. ( 1C: Mühasibat, Ticarət və Anbar )

Təhsil və Karyera Mərkəzi karguzarlıq, işguzar danışığın psixologiyası, etiketi və ofis proqramlarının əsaslarını öyrətməklə gənclər arasında aktual olan “ofis menecer” ixtisasına hazırlığı həyata keçirir.

Mərkəz interyerin dizaynı, lanşaft dizaynı, interyerdə tekstil dizaynı və floristika üzrə mütəxəssislər hazırlayır.

Təhsil Mərkəzi Bakının mərkəzində, “Sahil” metrosu yaxınlığında yerləşir.

Arzu edənləri bizim Təhsil və Karyera Mərkəzini seçməyə və istənilən ixtisası əldə etməyə dəvət edirik!
Kursun veb saytı
http://www.piramida.az/
Facebook səhifəsi
https://www.facebook.com/www.piramida.az
Həftəarası iş vaxtları
09:00 - 20:00
Şənbə günü iş vaxtı
09:00 - 20:00
......