not found
Ünvan
Nəsimi rayonu, Dilarə Əliyeva küç. 235A
Telefonlar

012 599 01 28

050 299 01 28

Yaxınlıqda olan metro stansiyası
28 May
Orientir
28 may stansiyasi ilə üzbəüz
Kurs haqqında ümumi məlumat
Smart Language Training Center MMC 2009-cu ildə treyninq və konsaltinq biznesi ilə məşğul olan gənc qadın sahibkar tərəfindən yaradılmışdır. Mərkəzdə dil və kompüter kursları, danışıq klubları təşkil olunur, eləcə də müxtəlif biznes mövzularında təlim və məsləhət saatları təşkil olunur.
Treyninqlər əsasən “Mühasibatlığın başlıca prinsipləri”, “1C mühasibat proqramının inkişafı”, “İnsan Resurslarının İdarəedilməsi” “İnformasiya Texnologiyaları”, “Bank işi”, “Hüquqi məsləhət xidmətləri”, “Xaricdə Təhsil”, “Brendinq” mövzularında keçirilir. Mərkəzdə həmçinin TOEFL, IELTS, GMAT, DaF, DAAD və digər akademik imtahanlara hazırlıq kursları fəaliyyət göstərir. SMART LTC müxtəlif dillərdən/dillərə yazılı və şifahi tərcümə xidmətləri ilə yanaşı, sinxron tərcümə xidməti də göstərir. Mərkəz alman, ingilis, rus, türk, fransız, ispan, ukrayna, gürcü, italyan və çex dilləri üzrə fəaliyyət göstərən peşəkar şifahi və yazılı tərcüməçilərlə işləyir. Hal-hazırda şirkət bir çox yerli və xarici şirkətləri, eləcə də beynəlxalq təşkilatları yazılı və şifahi tərcümə xidmətləri ilə təmin edir. Mərkəzin treyner, təlimçi, tərcüməçi, müəllim və professorlar daxil olmaqla 40 tam iş günü çalışan işçiləri ilə yanaşı ehtiyac olduqda müqavilə əsasında işə götürdüyü 20-30 nəfərlik yarım iş günü çalışan işçi heyəti var. Bundan əlavə, müəssisə dünyanın müxtəlif yerlərindən müştərilərə təlimlər keçmək yaxud məsləhət xidmətləri göstərmək üçün xarici məsləhətçilər dəvət edir.
Mərkəz fərdi və fiziki şəxslərlə, həmçinin korporativ şəxslərlə əməkdaşlıq edir. Access Bank, ASB bank, Unibank və Əmrah Bank Smartın daimi müştəriləridir. Bundan başqa SMART LTC ABA CEELI, London School of Business and Finance, Akdeniz Universiteti, Ankara Mərmərə Universiteti və San Francisco İnstitute of English ilə əməkdaşlıq edir. Avromed, Azercell, Besmart, SGS Azeri LTD və Xəzər Universiteti SMARTın yerli əməkdaşları arasındadır. SMART LTC dövlət sektorunda da bir neçə layihə həyata keçirmişdir.
Kursun veb saytı
http://www.smartestudy.com/
Facebook səhifəsi
https://www.facebook.com/SmartLTC
Həftəarası iş vaxtları
09:00 - 20:00
Şənbə günü iş vaxtı
09:00 - 20:00
......