Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Ünvan
Yasamal rayonu, Bakı şəhəri Zərgərpalan 12
Telefonlar
Əlavə məlumat üçün
WHATSAPP-055 955 33 56 (Kurslar axtarış mərkəzi)
Kurs haqqında ümumi məlumat
Özəl tədris müəssisəsi olan, Beynəlxalq Təhsil Mərkəzi, 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək öz fəaliyyətinə başlamışdır. Beynəlxalq Təhsil Mərkəzinin məqsədi, yüksək səviyyədə təhsil imkanları yaratmaqla, Azərbaycan Respublikasının təhsil sahəsində inkişafa dəstək verməkdir.

Beynəlxalq Təhsil Mərkəzi İngilis, Azərbaycan və Koreya dilləri üzrə interaktiv kurslar təklif edir. Mərkəzimizdə çalışan müəllimlər ən son tədris metodları üzrə təlim almış mütəxəssislərdir. Biz dərslərin qarşılıqlı ünsiyyət, təqdimatlar və danışıq məşğələləri ilə zəngin olması üçün müxtəlif təlim metodlarından istifadə edirik.

Yüksək səviyyədə təhsil imkanları yaratmaq məqsədimizə uyğun olaraq, Beynəlxalq Təhsil Mərkəzi mədəniyyətə və incəsənətə də böyük diqqət ayırır. Mərkəzimiz mədəniyyətə verdiyi yüksək dəyəri nümayiş etdirərək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə, Amerikadan gələn musiqi qruplarının ölkənin müxtəlif bölgələrində konsertlər verməsinə şərait yaratmışdır. Beynəlxalq Təhsil Mərkəzi Azərbaycana səfər edən əcnəbi qonaqlar üçün vaxtaşırı olaraq Azərbaycan milli rəqsləri üzrə dərslər və Azərbaycanın mədəniyyəti və dəyərləri haqqında mühazirələr də təklif edir.

Beynəlxalq Təhsil Mərkəzi, Amerika Birləşmiş Ştatları və Avropadan olan mütəxəssisləri həm Mərkəzimizdə, həm də Univiersitet və Institutlarda müxtəlif mövzular üzrə seminarlar aparmaq məqsədilə, Azərbaycan Respublikasına dəvət edir. Mühazirələr Ümumi İqtisadiyyat, Biznes Menecmenti, Oftolmologiya, Psixologiya və digər sahələr üzrə keçirilir.

Mərkəzimizin işçi heyəti və tələbələr, müntəzəm olaraq müxtəlif humanitar xidmətlərdə iştirak etmək üçün digər təşkilatlar ilə əməkdaşlıq edir. Tələbələr ruhi xəstəxanalara və uşaq evlərinə baş çəkmək, əlil və xəstə uşaqlar üçün maddi yardım toplamaq kimi layihələrdə könüllü olaraq iştirak edirlər.

Beynəlxalq Təhsil Mərkəzi, yüksək keyfiyyətli tədris vasitəsilə Azərbaycanın və onun vətəndaşlarının inkişafına xidmət etməyi öz vəzifə borcu hesab edir. Bakı şəhərinin sakinlərinə xidmət etmək, xidmətimizdən istifadə edən universitet tələbələri və müxtəlif peşələr üzrə fəaliyyət göstərən iş adamları ilə gündəlik ünsiyyətdə olmaq, bizim üçün böyük imtiyazdır. Bizim məqsədimiz - yüksək səviyyəli tədris imkanları təklif etmək və xalqımızın dəyərlərini dünyanın İngilis dilli ölkələrinə çatdırmaqdır.
Kursun veb saytı
http://ilc.az/
Həftəarası iş vaxtları
09:00 - 20:00
Şənbə günü iş vaxtı
09:00 - 20:00

Xarici dillər

Technical English
Technical English
Business English
Business English
General english
General english
Conversation
Conversation

Eyni fənlər digər kurslarda

Bu səhifə 289 dəfə baxılıb

Bağla